Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Qeyri-harmonik analiz” şöbəsinin 2017-ci il üçün elmi və təşkilati fəaliyyəti haqqında

Hesabat dövrü ərzində “Qeyri-harmonik analiz ” şöbəsində “Freym nəzəriyyəsi və onun tətbiqləri” və “Öz-özünə qoşma olmayan diferensial operatorların spektral xassələri” mövzuları üzrə elmi tədqiqat işləri aparılmış və 15 iş yerinə yetirilmişdir. Şöbənin həftənin 3-cü günləri ( 12:00 ) və 4-cü günləri (11:00) müntəzəm elmi seminarları keçirilir. Şöbə əməkdaşlarının əksəriyyəti ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğuldurlar […]

“Banax cəbrlərində multiplikatorların bəzi erqodik xassələri” Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 2017-ci ilin son Ümuminstitut seminarı keçirilib. Seminarı institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq institutmuzun kollektivini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib, yeni ildə hər kəsə xoş güzəran, ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq və elmi nailiyyətlərində uğurlar  arzu edib. Sonra ümuminstitut […]

E L A N

27 dekabr 2017-ci il tarixində saat 10:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ümuminstitut seminarında Yüzüncü Yıl Universitetinin (Türkiyə) əməkdaşı f-r.e.d., prof. Heybətqulu Mustafayev “Banax cəbrlərində multiplikatorların bəzi erqodik xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə, multiplikatorlar üçün erqodik nəzəriyyənin bəzi məsələlərindən bəhs ediləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Kəsr-maksimal operator və onun kommutatorunun ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün Adams tipli meyarlar” mövzusunda seminar keçirilib

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı növbəti seminarı keçirilib. Seminarda şöbənin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Kəsr-maksimal operator və onun kommutatorunun ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün Adams tipli meyarlar” mövzusunda məruzə edib. Məruzədə ümumiləşmiş Orliç-Morri fəzalarında kəsr-maksimal operator və onun kommutatorunun məhdudluğu üçün Adams tipli meyarlar haqqında danışılıb. © Bütün […]

“Çubuğun qızdırılması prosesinin əks əlaqəli idarəolunması zamanı nəzarət nöqtələrinin yerlərinin optimallaşdırılması” mövzusunda seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi, f.-r.e.d., prof. Kamil Ayda-zadə “Çubuğun qızdırılması prosesinin əks əlaqəli idarəolunması zamanı nəzarət nöqtələrinin yerlərinin optimallaşdırılması” mövzusunda məruzə edib. İşdə çubuğunun qızdırılması prosesinin əks əlaqəli idarəolunması zamanı nəzarət nöqtələrinin optimal yerləşdirilməsinə yanaşma təklif edilib. Məsələnin funksionalının qradiyentinin komponentləri üçün düsturlar […]

E L A N

22.12.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Kəsr-maksimal operator və onun kommutatorunun ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün Adams tipli meyarlar” mövzusunda məruzə edəcəkdir. Məruzədə ümumiləşmiş Orliç-Morri fəzalarında kəsr-maksimal operator və onun kommutatorunun məhdudluğu üçün Adams tipli meyarlar haqqında […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər