Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

21.12.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun Optimal İdarəetmə şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Kamil Ayda-zadənin «Çubuğun qızdırılması prosesinin əks əlaqəli idarəolunması zamanı nəzarət nöqtələrinin yerlərinin optimallaşdırılması» mövzusunda məruzə edəcəkdir. İşdə çubuğunun qızdırılması prosesinin əks əlaqəli idarəolunması zamanı nəzarət nöqtələrinin optimal yerləşdirilməsinə yanaşma təklif edilib. Məsələnin […]

“Çoxobrazlılar üzərində muasir həndəsənin problemləri haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında BDU-nun “Cəbr və Həndəsə” kafedrasının müdiri, f.-r.e.d., professor Arif Səlimov “Çoxobrazlılar üzərində muasir həndəsənin problemləri haqqında” mövzusunda məruzə edib. Çoxobrazlılar üzərində verilmiş psevdo-Riman metrikaları və sanki kompleks strukturlar vasitəsi ilə anti-Kahler-Codazzi çoxobrazlıları təyin edilir və bu çoxobrazlıların strukturunu invariant saxlayan rabitələrin xassələri öyrənilir. © Bütün hüquqlar […]

E L A N

20.12.2017-ci il saat 10:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında BDU-nun “Cəbr və Həndəsə” kafedrasının müdiri, f.-r.e.d., professor Arif Səlimov “Çoxobrazlılar üzərində muasir həndəsənin problemləri haqqında” mövzusunda məruzə edəcəkdir. Çoxobrazlılar üzərində verilmiş psevdo-Riman metrikaları və sanki kompleks strukturlar vasitəsi ilə anti-Kahler-Codazzi çoxobrazlıları təyin edilir və bu çoxobrazlıların strukturunu invariant saxlayan rabitələrin xassələri öyrənilir. © […]

“Lebeq fəzasında approksimasiya məsələləri” mövzusunda seminar keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Lebeq fəzasında approksimasiya məsələləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Lebeq fəzasında bəzi approksimasiya teoremləri müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

15.12.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Lebeq fəzasında approksimasiya məsələləri” mövzusunda məruzəsi olacaqdır. Məruzədə Lebeq fəzasında bəzi approksimasiya teoremləri müzakirə ediləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin illik fəaliyyəti

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsində “Qeyri bircins və anizatrop konstruksiya elementlərinin əyilməsi, dayanıqlığı və rəqsi hərəkətləri” mövzusu üzrə il ərzində 6 elmi iş yerinə yetirilmişdir. Hesabat dövründə 6 məqalə, 2 tezis çapdan çıxmışdır, 5 məqalə çapa qəbul olunmuş və 6 məqalə çapa hazırlanmışdır. İş A: Dartılmaya sıxılmaya müxtəlif müqavimət göstərən […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər