Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Riyazi analiz” şöbəsinin “q-Analiz və q-İnteqral Operatorları” mövzusunda seminarı keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “q-Analiz və q-İnteqral Operatorları” mövzusunda məruzə edib. Məruzədə q-Analiz və q-İnteqral Operatorları haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Sadə variyasiya məsələsində Veyerştras variyasiyası və Veyerştras şərti” mövzusunda seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi f-r.e.d Telman Məlikov “Sadə variyasiya məsələsində Veyerştras variyasiyası və Veyerştras şərti” mövzusunda çıxış edib. Məruzə Veyerştras düsturu və kafi şərtlər haqqında olub (davamı). © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

01.12.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri”adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “q-Analiz və q-İnteqral Operatorları” mövzusunda məruzə edəcəkdir. Məruzədə q-Analiz və q-İnteqral Operatorları haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Konusla zərbə ilə membranların dağılması hadisəsi” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin baş elmi işçisi f-r.e.d. prof. Rəsulova Nazilə Bilal qızı “Konusla zərbə ilə membranların dağılması hadisəsi” mövzusunda çıxış edib. Eksperimental tədqiqatlar göstərir ki, bəzi şərtlər daxilində, cevik membranlara konusla zərbə nəticəsində onlarda həmin nöqtədən başlayaraq bir neçə istiqamətdə yarıqların yayılması hadisəsi […]

E L A N

30.11.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi f-r.e.d, prof. Telman Məlikov “Sadə variyasiya məsələsində Veyerştras variyasiyası və Veyerştras şərti” mövzusunda məruzə edəcəkdir. Məruzə Veyerştras düsturu və kafi şərtlər haqqındadır (davamı). © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

01.12.2017-ci il tarixində saat 12:00 –da “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin növbəti seminarı keçirləcəkdir. Seminarda Gülnar Mirzəyeva Rövşən qızı “Elastik Vinkler əsas üzərində olan homogen olmayan ortotropik düzbucaqlı lövhələrdə sərbəst rəqslərin öyrənilməsi ” mövzusunda çıxış edəcəkdir. Məruzə Vinkler əsas üzərində olan düzbucaqlı lövhələrin tədqiqinə həsr edilmişdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər