Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Qaz – maye mühitlərində səs dalğalarının sönməsi, dispersiyası və zərbə dalğalarının intensivliyinin anormal artması” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Tətbiqi riyaziyyat” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Faiq Nağıyev “Qaz–maye mühitlərində səs dalğalarının sönməsi, dispersiyası və zərbə dalğalarının intensivliyinin anormal artması” mövzusunda məruzə edib. Məruzədə mayedə qaz qabarcıqlarının olmasına görə səs dalğalarının sönməsini və dispersiyasını təsvir edən nəzəri tədqiqatların nəticələri təqdim edilib. […]

E L A N

16.11.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi f-r.e.d Telman Məlikov “Sadə variyasiya məsələsində Veyerştras variyasiyası və Veyerştras şərti” mövzusunda məruzə edəcəkdir. Məruzə Veyerştras düsturu və kafi şərtlər haqqındadır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

15.11.2017-ci il tarixində Ümuminstitut seminarında “Tətbiqi riyaziyyat” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Faiq  Nağıyev “Qaz – maye mühitlərində səs dalğaların sönməsi, dispersiyası və zərbə dalğalarının intensivliyinin anormal artması” mövzusunda məruzə edəcəkdir. Məruzədə mayedə qaz qabarcıqlarının olmasına görə səs dalğalarının sönməsini və dispersiyasını təsvir edən nəzəri tədqiqatların nəticələri təqdim ediləcək. Eksperimentdə aşkar edilmiş həll edilə […]

“Lebeq fəzasında approksimasiya məsələləri” mövzusunda seminar keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Lebeq fəzasında approksimasiya məsələləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Lebeq fəzasında bəzi approksimasiya teoremləri müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

10.11.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Lebeq fəzasında approksimasiya məsələləri” mövzusunda məruzəsi olacaqdır. Məruzədə Lebeq fəzasında bəzi approksimasiya teoremləri müzakirə ediləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Sərhəd şərtlərinə spektral parametr daxil olan bir sinif dördüncü tərtib adi diferensial operatorların spektral xassələri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Sərhəd şərtlərinə spektral parametr daxil olan bir sinif dördüncü tərtib adi diferensial operatorların spektral xassələri” mövzusunda məruzə edib. Məruzədə bir ucu bərkidilmiş, digər ucunda inersial yük cəmlənmiş və ya izləyici qüvvənin […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər