Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

13.10.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Ümumiləşmiş Sass operatoru üçün approksimasiya teoremləri” mövzusunda məruzəsi olacaqdır. Məruzədə birdəyişənli ümumiləşmiş Sass operatoru üçün bəzi approksimasiya teoremləri müzakirə ediləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

12.10.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda AMEA İdarəetmə İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “Parabolik tənlik üçün tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda məruzə edəcəkdir. Məruzədə sağ tərəfdə naməlum əmsallı (fəza koordinatlarından və ya zamandan asılı) parabolik tip tənlik üçün tərs məsələlərə baxılacaq. Xüsusi halda, bu […]

“Triqonometrik sistemlərin çəkili Morri fəzalarında bazislik xassələri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin əməkdaşı Hüseynli Əli “Triqonometrik sistemlərin çəkili Morri fəzalarında bazislik xassələri” mövzusunda məruzə edib. Məruzə çəki funksiyası qüvvət funksiyalarının hasili olduqda triqonometrik sistemlərin çəkili Morri fəzasında bazislik (tamlıq, minimallıq və bazis təşkiletmə) xassələri haqqında alınmış nəticələrə həsr olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

E L A N

11.10.2017 –ci il saat 10.00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin əməkdaşı Hüseynli Əli “Triqonometrik sistemlərin çəkili Morri fəzalarında bazislik xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzə çəki funksiyası qüvvət funksiyalarının hasili olduqda triqonometrik sistemlərin çəkili Morri fəzasında bazislik (tamlıq, minimallıq və bazis təşkiletmə) xassələri haqqında alınmış nəticələrə həsr olunacaq. © Bütün hüquqlar qorunur. […]

E L A N

04.10.2017-cı il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.r.e.d, prof. Alik Malik oğlu Nəcəfov «Anizotrop grand Sobolev-Morri fəzalarının bir sıra diferensial xassələri» mövzusunda məruzə edəcəkdir. Məruzədə anizotrop grand Sobolev-Morri fəzalarından olan funksiyaların bir sıra diferensial və diferensial-fərq xassələri haqqında danışılacaq. Bu fəzalardan olan funksiyaların ümumiləşmiş qarışıq törəmələrinin Hölder şərtini ödəməsi […]

“Optimal İdarəetmə” şöbəsinin “İkinci tərtib subdiferensial” mövzusunda seminarı keçirilib

Bu gün «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “İkinci tərtib subdiferensial” mövzusunda çıxış edib. Məruzədə müəllif tərəfindən verilən ikinci tərtib subdiferensialın bəzi xassələri haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər