Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

14.06.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Telman oğlu Bilalov “L.Zadənin Fuzzy çoxluqlari haqqinda” mövzusunda məruzə edəcəkdir. Məruzə 1965-ci ildə L.Zade tərəfindən daxil edilmiş Fuzzy çoxluqlarına həsr olunmuşdur. Bu çoxluqlar təyin olunur, klassik yanaşma ilə müqayisə verilir. Fuzzy çoxluqlar üzərində əməllər təyin olunur […]

“Riyazi analiz” şöbəsinin “Orliç fəzasında Kalderon-Ziqmund operatorları və onların kommutatorları” mövzusunda seminarı keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Orliç fəzasında Kalderon-Ziqmund operatorları və onların kommutatorları” mövzusunda məruzə edib. Məruzədə Orlic fəzasında Kalderon-Ziqmund operatorları və onların kommutatorlarının məhdudluğu üçün zəruri və kafi şərt haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]

E L A N

09.06.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri”adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Orliç fəzasında Kalderon-Ziqmund operatorları və onların kommutatorları” mövzusunda məruzə edəcəkdir. Məruzədə Orlic fəzasında Kalderon-Ziqmund operatorları və onların kommutatorlarının məhdudluğu üçün zəruri və kafi şərt haqqında danışılacaqdır. © Bütün hüquqlar […]

“İki tərtibli parabolik tənliklər üçün birölçülü qeyri-lokal sərhəd məsələlərinin birqiymətli həll olunması şərtləri” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib

“Funksional analiz” və “Diferensial tənliklər” şöbələrinin birgə elmi seminarı keçirilib. Seminarda dissertant Səbinə Tapdıq qızı Ələsgərovanın 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “İki tərtibli parabolik tənliklər üçün birölçülü qeyri-lokal sərhəd məsələlərinin birqiymətli həll olunması şərtləri” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

“Özlüelastikiyyət nəzəriyyəsinin bir sərhəd məsələsinin həlli” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastikiyyət nəzəriyyəsinin bir sərhəd məsələsinin həlli” mövzusunda məruzə edib. Məruzədə özlüelastikiyyət nəzəriyyəsinin daxilində topa qüvvə təsir edən sonsuz müstəvi haqqında qoyulmuş kvazistatik sərhəd məsələsinin dəqiq həllini təyin edən teorem isbat olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

07.06.2017-ci il tarixində saat 12.00-da “Funksional analiz” və “Diferensial tənliklər” şöbələrinin birgə elmi seminarı keçiriləcək. Seminarda Səbinə Tapdıq qızı Ələsgərovanın 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “İki tərtibli parabolik tənliklər üçün birölçülü qeyri-lokal sərhəd məsələlərinin birqiymətli həll olunması şərtləri” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcək. © Bütün hüquqlar qorunur. […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər