Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Kəsilməz funksiyalar fəzasının cəbrlər cəmi şəklində göstəriliş məsələsi” mövzusunda  Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar Elman oğlu İsmayılov “Kəsilməz funksiyalar fəzasının cəbrlər cəmi şəklində göstəriliş məsələsi” mövzusunda məruzə edib. Məruzədə Hausdorff kompaktında təyin olunmuş həqiqi qiymətli kəsilməz funksiyalar fəzasının həmin fəzanın altcəbrləri cəmi şəklində göstəriliş məsələsi təhlil edilib, belə göstərilişin mümkünlüyü üçün zəruri və kafi şərtlər haqqında danışılıb. Qeyd […]

“Funksiyaların Bernşteyn-Xlodovski polinomları ilə yaxınlaşması” mövzusunda dissertasiya işinin müzakirəsi keçrilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” və “Funksiyalar nəzəriyyəsi ” şöbələrinin birgə seminarında “Riyazi analiz” şöbəsinin doktorantı Abdullayeva Aytəkin Ehtiram qızının 1212.01 – Analiz və funksional analiz ixtisasında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “Funksiyaların Bernşteyn-Xlodovski polinomları ilə yaxınlaşması” mövzusunda dissertasiya işinin müzakirəsi keçrilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

E L A N

18.05.2017-ci il saat 10:30-da  «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun, Optimal İdarəetmə şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Məmmədov Eldar Şamil oğlu “Xətti proqramlaşdırma məsələləri üçün Simpleks metodun tətbiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə Xətti Proqramlaşdırma (X.P.) məsələsinin həlli üçün Simpleks metodun mahiyyəti, bu metodun iterativ metod kimi üstünlükləri, […]

E L A N

17.05.2017-ci il tarixində saat 14.00 da “Tətbiqi riyaziyyat” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda t.e.namizədi Abbasov Elxan “Qazlift quyularının işinin inteqral modelləşdirilməsi ” mövzusunda çıxış edəcəkdir. Baxılan məsələdə neftin qazlift üsulu ilə çıxarılması prosesinin inteqral modeli qurulur. Quyudibi təzyiqin dəyişməsinin xarakteri və həlqəvi fəzada təzyiq təyin olunur. Lay-quyu sisteminin dinamik əlaqəsindən asılı olaraq qazlift klapanı-nın qoyulma […]

“Diferensial tənliklər” şöbəsinin “İxtiyari qeyri-xətti lokal sönən Bresse sistemləri üçün həllin azalma tərtibləri” adlı seminarı keçirilib

“Diferensial tənliklər” şöbəsinin gənc alim və magistr tələbələri üçün “Diferensial tənliklərin müasir problemləri” adlı növbəti seminarı keçirilib. Seminarda şöbənin doktorantı Rzayeva Nigar Abuzər qızı “İxtiyari qeyri-xətti lokal sönən Bresse sistemləri üçün həllin azalma tərtibləri” adlı məruzə ilə çıxış edib. Çıxışda hiperbolik tənliklər sistemi üçün Dirixle sərhəd şərtli qarışıq məsələ üzərində araşdırmalar aparılıb. © Bütün hüquqlar […]

E L A N

“Qeyri-harmonik analiz” şöbəsinin “Triqonometrik sistemlərin çəkili Morrey fəzasında bazislik xassəsi” mövzusunda seminarı keçiriləcəkdir. 17.05.2017-ci il tarixində saat 11:30-da “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin böyük elmi işçisi, r.ü.f.d. Əli Abbas oğlu Hüseynli “Triqonometrik sistemlərin çəkili Morrey fəzasında bazislik xassəsi” mövzusunda məruzə edəcəkdir. Məruzə klassik triqonometrik və eksponensial sistemlərin çəkili Morrey fəzasında bazislik xassələrinin […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər