Bu gün Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Atomar ayrılış və freymlərin bəzi sualları. t -freymlər. Separabel olmayan hilbert fəzalarında hesabi olmayan freym anlayışı” mövzusunda məruzə edib. Məruzədə Hilbert və Banax fəzalarında freymlərə baxılıb və Nöter inikası zamanı onların xassələri öyrənilmişdir. Banax və Hilbert fəzalarında atomar […]
Bu gün “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda f.-r.e.d., prof. Nadir Süleymanov “Diferensial tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” mövzusunda çıxış edib. Məruzədə ehtimal nəzəriyyəsinin metodlarından istifadə edərək Hilbert fəzasında evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətlədirmələrin alınması üçün metodlar müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
26.04.2017-cü il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Atomar ayrılış və freymlərin bəzi sualları. t -freymlər. Separabel olmayan hilbert fəzalarında hesabi olmayan freym anlayışı ” mövzusunda məruzə edəcəkdir. Hilbert və Banax fəzalarında freymlərə baxılır və Nöter inikası zamanı onların xassələri öyrənilmişdir. Banax və Hilbert fəzalarında […]
“Elastiklik və plastiklik” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda f.r.e.n., dosent Zeynalova Tamilla Yusif qızı “Əyri strukturlu laylı kompozit materialdan hazırlanmış düzbucaqlı lövhənin dayanıqlığı” mövzusunda məruzə edib. Məruzədə əyri strukturlu laylı ortotrop düzbucaqlı lövhənin dayanıqlığında böhran qüvvəsinə strukturdakı əyrilik parametrlərinin təsiri məsələsi müzkirə olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
26.04.2017-сi il tarixində saat 13.00-da “Dalğa dinamikası” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f-r.e.d. prof. Rəsulova Nazilə Bilal qızı “Qalın divarlı, düzbucaqlı prizmanın dinamikasına dair söhbətlər” mövzusunda çıxış edəcəkdir. Qalın divarlı, düzbucaqlı yarımsonsuz prizmanın dinamikasına aid məsələlərə baxılır. Ümumiyyətlə fərz edilir ki, en kəsiyində bir cüt qarşı divarın qalınlığı o biri cütdən fərqlidir. Yan divar səthlərində […]
26.04.2017-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f.-r.e.d., prof. Nadir Süleymanov “Diferensial tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” mövzusunda çıxış edəcəkdir. Məruzədə ehtimal nəzəriyyəsinin metodlarından istifadə edərək Hilbert fəzasında evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətlədirmələrin alınması üçün metodlar müzakirə ediləcək. Həmin qiymətləndirmələr t→∞-da və ya t→0-da başlanğıc şərtlərinin Furye əmsallarından asılı […]