Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Faza koordinatları arasında sərt diferensial əlaqənin nəzərə alınması ilə variatorlu mexaniki sistemlər üzərində hesablama eksperimentinin bir alqoritmi haqqinda” mövzusunda Ümuminstitut seminarı keçirilib

Ümuminstitut seminarında RMİ-nin “Hesablama riyaziyyatı və informatika” şöbəsinin müdiri, t.e.n Nağıyev Həsən Əli oğlu “Faza koordinatları arasında sərt diferensial əlaqənin nəzərə alınması ilə variatorlu mexaniki sistemlər üzərində hesablama eksperimentinin bir alqoritmi haqqinda” mövzusunda məruzə edib. Sağ tərəfində kommutasiya funksiyasının mövcudluğu ilə xarakterizə olunan pilləsiz transmissiyalı (variator) intiqalın diferensial tənlikləri müzakirə olunub. Friksion sürüşmələri də nominal […]

E L A N

Obyektiv səbəbdən Ümuminstitut seminarı 3-cü gün yox, 4-cü gün – 22 dekabr  saat 10:00-da keçiriləcək. Seminarda RMİ-nin “Hesablama riyaziyyatı və informatika” şöbəsinin müdiri, t.e.n Nağıyev Həsən Əli oğlu “Faza koordinatları arasında sərt diferensial əlaqənin nəzərə alınması ilə variatorlu mexaniki sistemlər üzərində hesablama eksperimentinin bir alqoritmi haqqinda” mövzusunda məruzə edəcək. Sağ tərəfində kommutasiya funksiyasının mövcudluğu ilə […]

“Tenzorların Lift Problemləri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında Atatürk Universitetinin professoru Arif Səlimov “Tenzorların Lift Problemləri” mövzusunda məruzə edib. Bu məruzədə diferensiyallana bilən baza çoxobrazlılarından onların laylaşan fəzalarına tenzor strukturaların genişləmələrinə (liftlərinə) baxılıb. Bu genişləmələri qurmaq üçün müəllif tərəfindən təklif olunan yeni metodun əsasları təqdim olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

14.12.2016-ci il saat 10:00-da Ümuminstitut seminarında Atatürk Universitetinin professoru Arif Səlimov “Tenzorların Lift Problemləri” mövzusunda məruzə edəcəkdir. Bu məruzədə diferensiyallana bilən baza çoxobrazlılarından onların laylaşan fəzalarına tenzor strukturaların genişləmələrinə (liftlərinə) baxılacaqdır. Bu genişləmələri qurmaq üçün müəllif tərəfindən təklif olunan yeni metodun əsasları təqdim olunacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

«Diskret müdaxiləli semi-Markov təsadüfi dolaşma prosesinin ergodik xarakteristikaları üçün asimptotik ayrılışlar» mövzusnda Ümuminstitut seminarı keçirilib

Bu gün Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında Bakı Dövlət Universiteti “Əməliyyatlar tədqiqi və Ehtimal nəzəriyyəsi” kafedrasının dosenti Rövşən Telman oğlu Əliyev «Diskret müdaxiləli semi-Markov təsadüfi dolaşma prosesinin ergodik xarakteristikaları üçün asimptotik ayrılışlar» mövzusnda məruzə edib. Məruzə sıfır səviyyəsində ümumiləşmiş və əksetdirən sərhəddə malik semi-Markov təsadüfi dolaşma prosesinin erqodik paylanmasının və onun ilk dörd momentinin […]

E L A N

07.12.2016-ci il tarixində saat 10.00-da Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında Bakı Dövlət Universiteti “Əməliyyatlar tədqiqi və Ehtimal nəzəriyyəsi” kafedrasının dosenti Rövşən Telman oğlu Əliyev «Diskret müdaxiləli semi-Markov təsadüfi dolaşma prosesinin ergodik xarakteristikaları üçün asimptotik ayrılışlar» mövzusnda məruzə edəcəkdir. Məruzə sıfır səviyyəsində ümumiləşmiş və əksetdirən sərhəddə malik semi-Markov təsadüfi dolaşma prosesinin erqodik paylanmasının və onun […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər