Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Qrin funksiyaları. Səthlərdə potensial sahələr” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında ADA Universitetinin professoru Yuri Melnikov “Qrin funksiyaları. Səthlərdə potensial sahələr” mövzusunda məruzə edib. Qrin funksiyasıyalarının tətbiq edilməsinə həsr olunmuş məruzə, bu funksiyaların hesablama səmərəliliyinin artırılması, müəyyən dərəcədə, onların mühəndislik işlərində “reputasiyasının” təkmilləşdirilməsinə yönəlmişdir. Qrin funksiyalarının kompüter formalarının qurulması ilə əlaqədar bir sıra tətbiqi diferensial tənliklər üçün bəzi effektiv üsullar təqdim olunur. Məruzə, […]

E L A N

21.09.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında ADA Universitetinin professoru Yuri Melnikov “Qrin funksiyaları. Səthlərdə potensial sahələr” mövzusunda məruzə edəcəkdir. Qrin funksiyasıyalarının tətbiq edilməsinə həsr olunmuş məruzə, bu funksiyaların hesablama səmərəliliyinin artırılması, müəyyən dərəcədə, onların mühəndislik işlərində “reputasiyasının” təkmilləşdirilməsinə yönəlmişdir. Qrin funksiyalarının kompüter formalarının qurulması ilə əlaqədar bir sıra tətbiqi diferensial tənliklər üçün bəzi effektiv üsullar […]

“Doğurucu nüvələrin, Enqliş Cəbrlərin və bəzi tətbiqləri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında Kral Saud Universitetinin professoru Mübariz Tapdiq oğlu Qarayev “Doğurucu nüvələrin, Enqliş Cəbrlərin və bəzi tətbiqləri” mövzusunda məruzə edib. Operatorlar nəzəriyyəsində yaxşı məlum olan Enqliş cəbrlərini ilk dəfə Enqliş 1995-ci ildə təyin və tədqiq etmişdir. Məruzədə Hilbert fəzalarında doğurucu nüvə və Berezin simvolu anlayışlarından istifadə edərək Engliş cəbrlərinin yeni tərifi verildi. Bununla […]

E L A N

14.09.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında Kral Saud Universitetinin professoru Mübariz Tapdiq oğlu Qarayev “Doğurucu nüvələrin, Enqliş Cəbrlərin və bəzi tətbiqləri” mövzusunda məruzə edəcəkdir. Operatorlar nəzəriyyəsində yaxşı məlum olan Enqliş cəbrlərini ilk dəfə Enqliş 1995-ci ildə təyin və tədqiq etmişdir. Məruzədə Hilbert fəzalarında doğurucu nüvə və Berezin simvolu anlayışlarından istifadə edərək Engliş cəbrlərinin yeni tərifini verilir. Bununla […]

E L A N

16.06.2016-cı il saat 11.00-da «Optimal idarəetmə» şöbəsinin onuncu seminarı keçiriləcəkdir. Seminarda Idarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi Yeganə Əşrəfova «MÜRƏKKƏB STRUKTURLU BORU-KƏMƏRLƏRİ ŞƏBƏKƏSİNDƏ MAYENİN QƏRARLAŞMAMIŞ REJİMDƏ HƏRƏKƏTİ ZAMANI BAŞ VERMİŞ SIZMA YERLƏRİNİN VƏ HƏCMİNİN TƏYİNİ MƏSƏLƏSİNİN ƏDƏDİ HƏLLİ» mövzusunda məruzə edəcəkdir. Məruzədə mürəkkəb halqavari strukturlu boru-kəmərləri şəbəkəsində mayenin qərarlaşmamış rejimdə hərəkəti üzrəində əlavə müşahidələrin nəticələrinə […]

“Çern tipli anti-Hermitrabiteler” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında Atatürk Universitetinin proffessoru Arif Səlimov “Çern tipli anti-Hermitrabiteler” mövzusunda məruzə edib. Bu məruzədə anti-Hermit çoxobrazlılar üzərindəki burulmalı rabitələr içərisindən Çern tipli rabitələrin yeni sinifləri daxil edilərək, bu rabitələrin açıq düstürları tapılmışdır. Bu cür rabitələrin laylaşan fəzaların lift nəzəriyyəsindəki tətbiqinə də baxılmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər