Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Dəyişən dərəcəli fəzalarda ümumiləşmiş potensiallar” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin böyük elmi işçisi dosent Mübariz Qafarşah oğlu Hacıbəyov “Dəyişən dərəcəli fəzalarda ümumiləşmiş potensiallar” mövzusunda məruzə edib. Məruzədə ikililik və yuxarıdan μB(x,r) ≤ KrN , N ⊄ (0, ∞) artım şərtlərini ödəyən μ ölçüsü ilə təchiz edilmiş məhdud kvazimetrik (X, ρ, μ) fəzasında verilmiş a([p(x;y)])/[p(x,y)]N  nüvəli ümumiləşmiş potensiala baxılıb və a(r) […]

E L A N

11.05.2016 tarixində, saat 10:00-da Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin böyük elmi işçisi dosent Mübariz Qafarşah oğlu Hacıbəyov “Dəyişən dərəcəli fəzalarda ümumiləşmiş potensiallar” mövzusunda məruzə edəcəkdir. Məruzədə ikililik və yuxarıdan μB(x,r) ≤ KrN , N ⊄ (0, ∞) artım şərtlərini ödəyən μ ölçüsü ilə təchiz edilmiş məhdud kvazimetrik (X, ρ, μ) fəzasında verilmiş a([p(x;y)])/[p(x,y)]N  nüvəli ümumiləşmiş potensiala […]

E L A N

12.05.2016-cı il saat 11.00-da «Optimal idarəetmə» şöbəsinin səkkizinci seminarı keçiriləcəkdir. Seminarda BDU-nun dosenti Şakir Yusubov «KOMPONENTLƏRİNƏ NƏZƏRƏN MƏXSUSİ İDARƏEDİCİLƏRİN OPTİMALLIĞI ÜÇÜN BƏZİ ZƏRURİ ŞƏRTLƏR» mövzusunda məruzə edəcəkdir. Adi diferensial tənliklər və hiperbolik tənliklərlə təsvir olunan sistemlərdə komponentlərinə nəzərən məxsusi idarəedicilərin optimallığı üçün bəzi zəruri şərtlər alınır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

“Bir sinif tam funksiyaların bütün sıfırlarının həqiqiliyi haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Ümuminstitut seminarını giriş sözü ilə institutun direktoru, professor Misir Mərdanov açaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü münasibəti ilə görkəmli dövlət xadimini anmış və xatirələrini seminar iştirakçıları ilə bölüşmüşdür. Sonra Ümuminstitut seminarında RMİ-nin “Funksional analiz” şöbəsinin baş elmi işçisi prof. Hidayət Hüseynov «Bir sinif tam funksiyaların bütün sıfırlarının həqiqiliyi haqqında» mövzusunda məruzə edib. […]

E L A N

04.05.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksional analiz” şöbəsinin baş elmi işçisi prof. Hidayət Hüseynov «Bir sinif tam funksiyaların bütün sıfırlarının həqiqiliyi haqqında» mövzusunda məruzə edəcəkdir. Məruzədə sadə məxsusi ədədlərə malik öz-özünə qoşma operatorla bağlı bir bərabərsizlik və onun bir sinif tam funksiyaların bütün sıfırlarının həqiqiliyinə tətbiqi veriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

Dissertasiya Şurasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edilib

29 aprel 2016-cı il tarixində  AMEA Riyaziyyat və Mexanika İnstitutunda B/D 01.111 birdəfəlik dissertasiya şurasının növbəti iclasında Sədi Andəm oğlu Bayramovun “Cəbr və topologiyada qeyri-səlis strukturlar” mövzusunda riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya işi müsbət qiymətləndirilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər