Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

20.04.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında Varşava Texnalogiya Universitetinin professoru Przemyslav Gorka  “Qeyri-kompakt metrik fəzalarda verilmiş Sobolev fəzasında kompaktlıq haqqında daxilolma teoremləri” mövzusunda məruzə edəcəkdir. Məruzə qeyri-kompakt fəzalarda Rellix-Kondraşov tipli teoremin öyrənilməsinə həsr olunacaqdır. Məlumdur ki, ümumi halda verilmiş qeyri-kompakt fəzalarda Rellix-Kondraşov tipli teorem doğru deyildir. Lakin məruzədə bu mövzu ilə əlaqədar bəzi məsələlərə toxunulacaqdır. […]

“Həqiqi oxda sonlu kompleks ölçünün Koşi tipli intaqrallarının öz sərhəd qiymətləri vasitəsilə ifadə olunması” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi f.r.e.n. Rəşid Əvəzağa oğlu Əliyev “Həqiqi oxda sonlu kompleks ölçünün Koşi tipli intaqrallarının öz sərhəd qiymətləri vasitəsilə ifadə olunması” mövzusunda məruzə edib. Məruzə həqiqi oxda ümumiləşmiş inteqralların xassələrinə, ümumiləşmiş inteqral anlayışlarından istifadə etməklə sonlu kompleks ölçünün Hilbert çevirməsinin xassələrinin araşdırılmasına və həqiqi oxda sonlu kompleks […]

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarıda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov məruzə edəcək

15.04.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Ümumiləşmiş hamarlığı olan Besov fəzaları” mövzusunda məruzə edəcəkdir. Məruzədə ümumiləşmiş hamarlığı olan Besov fəzalarının müxtəlif modifə olunmuş variantlarına baxılır. Müxtəlif çəki funksiyaları sinfi və buna uyğun çəkili Besov fəzaları təyin edilir. […]

E L A N

14.04.2016-cı il saat 11.00-da «Optimal idarəetmə» şöbəsinin altıncı seminarı keçiriləcəkdir. Seminarda BDU-nun professoru Rafiq Tağıyev «PARABOLİK TƏNLİKLƏRİN ƏMSALLARI İLƏ OPTİMAL İDARƏETMƏ MƏSƏLƏLƏRİ» mövzusunda məruzə edəcəkdir. Məruzədə parabolik tənliklərin əmsalları ilə optimal idarəetmə məsələlərinə baxılır. Məsələlərin qoyuluşunun korrektliyi tədqiq olunur və optimallıq üçün zəruri şərtlər alınır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]

E L A N

13.04.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi f.r.e.n. Rəşid Əvəzağa oğlu Əliyev « Həqiqi oxda sonlu kompleks ölçünün Koşi tipli intaqrallarının öz sərhəd qiymətləri vasitəsilə ifadə olunması» mövzusunda məruzə edəcəkdir. Məruzə həqiqi oxda ümumiləşmiş inteqralların xassələrinə, ümumiləşmiş inteqral anlayışlarından istifadə etməklə sonlu kompleks ölçünün Hilbert çevirməsinin xassələrinin araşdırılmasına və […]

E L A N

“Diferensial tənliklər” şöbəsinin seminarlarında mart ayının 30 –dan başlayaraq hər həftənin 3-cü günü saat 12. 00-da “Qeyri xətti tənliklərin həlli üçün müasir üsullar” mövzusunda mühazirələr oxunacaq. Seminarda xüsusi törəməli qeyri xətti tənliklər üçün qoyulmuş müxtəlif məsələlərin (Koşi məsələsi, sərhəd məsələsi və qarışıq məsələnin) məlum olan müasir həll üsulları haqda məlumat veriləcək. hiperbolik tənliklər üçün Növbəti […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər