Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Bəzi cırlaşan elliptik tənliklər sinfi üçün sərhəd məsələlərinin həlli haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Tahir Hacıyev “Bəzi cırlaşan elliptik tənliklər sinfi üçün sərhəd məsələlərinin həlli haqqında” mövzusunda məruzə edib. Məruzədə xətti və qeyri-xətti cırlaşan elliptik tənliklər üçün sərhəd məsələlərinə baxılıb. Bu tənliklərə həm də elliptik-parabolik tənliklər də deyilir. Bu cür sərhəd məsələlərinin həlli üçün bəzi nəticələr gətirilir. […]

E L A N

09.03.2016-cı il saat 10.00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Tahir Hacıyev “Bəzi cırlaşan elliptik tənliklər sinfi üçün sərhəd məsələlərinin həlli haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə xətti və qeyri-xətti cırlaşan elliptik tənliklər üçün sərhəd məsələlərinə baxılır. Bu tənliklərə həm də elliptik-parabolik tənliklər də deyilir. Bu cür sərhəd məsələlərinin həlli üçün bəzi […]

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarıda AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev məruzə edəcəkdir

04.03.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarında şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Lorentz fəzasında ümumiləşmiş kəsr maksimal funksiya” mövzusunda məruzə edəcəkdir. Məruzədə Lorentz fəzasında ümumiləşmiş kəsr maksimal operatorun məhdudluğu müzakirə ediləcəkdir. Belə ki, ümumiləşmiş kəsr maksimal funksiyalar Rza Mustafayev tərəfindən […]

“Düzbucaqlı tirlərdə qeyri-stasionar dalğaların yayılması” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Nazilə Bilal qızı Rəsulova “Düzbucaqlı tirlərdə qeyri-stasionar dalğaların yayılması” mövzusunda məruzə edib. Təqdim olunan məruzə düzbucaqlı elastiki tirlərin dinamikasına aiddir və bu mövzu keçən əsrlərdə hələ Qabriel Lamedən başlayaraq, bir çox tədqiqatçıların diqqətini özünə cəlb edən bir mövzu olmuşdur. Məruzədə, dəqiq üçölçülü elastiklik nəzəriyyəsi […]

E L A N

02.03.2016 tarixində, saat 10:00-da Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Nazilə Bilal qızı Rəsulova “Düzbucaqlı tirlərdə qeyri-stasionar dalğaların yayılması” mövzusunda məruzə edəcəkdir. Təqdim olunan məruzə düzbucaqlı elastiki tirlərin dinamikasına aiddir və bu mövzu keçən əsrlərdə hələ Qabriel Lamedən başlayaraq, bir çox tədqiqatçıların diqqətini özünə cəlb edən bir mövzu olmuşdur. Məruzədə, dəqiq […]

“Xətti superpozisiyalarla göstəriliş” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar Elman oğlu İsmayılov «Xətti superpozisiyalarla göstəriliş» mövzusunda məruzə edib. Məruzədə verilmiş çoxluqda təyin olunmuş funksiyaların xətti superpozisiyalarla göstərilişi üçün zəruri və kafi şərtlər haqqında danışılıb. Bundan əlavə aşağıdakı nəticə müzakirə edilib: Əgər sonsuz X çoxluğunun sonlu altçoxluqlarında hər hansı göstəriliş doğrudursa, onda həmin göstəriliş […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər