Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

10.02.2016-cı il tarixində “Tətbiqi riyaziyyat” şöbəsinin növbəti seminarında “Neftqazelmitədqiqatlayihə” İnstitutunun elmi işçisi Kəklik Rüstəmova “KİPLƏŞDİRİCİNİN DAXİLİ SƏTHİ İLƏ SİLİNDRİN DİVARI ARASINDA KONTAKT GƏRGİNLİYİNİN PAYLANMA XARAKTERİNİN TƏYİNİ ” adlı məruzə ilə çıxış edəcək. Nəzəri tədqiqatlar əsasında kipləşdirici elementin birtərəfli sıxılması zamanı onun daxili səthi ilə silindrin divarı arasında yaranan kontakt gərginliyinin kipləşdiricinin həndəsi ölçülərindən və mexaniki göstəricilərindən […]

E L A N

10.02.2016 tarixində, saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin böyük elmi işçisi A.Ş. Şükürov “Müəyyən üstlü sistemlərin bazislik xassələri haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə aşağıdakı mövzular ətrafında müzakirələr aparılması nəzərdə tutulmuşdur: Kostyuçenko sistemi tipli sistemlərin Lebeq fəzalarında Şauder bazisi olması üçün zəruri şərt; alınan şərtin Kostyuçenko sisteminin bazis olması üçün zəruri şərtin alınmasına tətbiqi; Üstlü […]

“Dairəvi və halqaşəkilli disklərin dağılması” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında Nailə Merac qızı Kələntərli “Dairəvi və halqaşəkilli disklərin dağılması” mövzusunda məruzə edib. Məruzə dairəvi və halqaşəkilli disklərdə çat tipli qüsurların yaranması və inkişafı haqqında dağılma mexanikasının bəzi sərhəd problemlərinə həsr olunub. Dairəvi və halqaşəkilli disklərdə catların yaranması və inkişafı haqqında dağılma mexanikasının müstəvi məsələləri sinfi ilk dəfə tədqiq edilmişdir, dairəvi və halqaşəkilli […]

E L A N

03.02.2016 tarixində, saat 10:00-da Ümuminstitut seminarında Nailə Merac qızı Kələntərli “Dairəvi və halqaşəkilli disklərin dağılması” mövzusunda məruzə edəcəkdir. Bu məruzə dairəvi və halqaşəkilli disklərdə çat tipli qüsurların yaranması və inkişafı haqqında dağılma mexanikasının bəzi sərhəd problemlərinə həsr olunub. Dairəvi və halqaşəkilli disklərdə catların yaranması və inkişafı haqqında dağılma mexanikasının müstəvi məsələləri sinfi ilk dəfə tədqiq […]

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri” adlı seminarı

29.01.2016-cı il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarında şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Gegenbauer operatorunun doğurduğu Riss potensialı üçün Hardi-Littlvud-Sobolev teoremi” mövzusunda məruzə edəcəkdir. Məruzədə Qeqenbauer maksimal funksiyası üçün Lp,λ -məhdudluğundan və həmçinin Lp,λ fəzasında Riss potensialı üçün Hardi-Littlvvud-Sobolev teoreminin isbatından danışılacaqdır. © Bütün hüquqlar qorunur. […]

“Oblasta nəzərən bir tərs məsələ haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün  Ümuminstitut seminarında “Optimal İdarəetmə” şöbəsinin böyük elmi işçisi, riyaziyyat elmləri doktoru Y.S.Qasımov “Oblasta nəzərən bir tərs məsələ haqqında” mövzusunda məruzə edib. Məruzədə Şredinger operatoru üçün qoyulmuş bir tərs məsələyə baxılır. Baxılan məsələnin spesifikası ənənəvi tərs məsələlərdən onunla fərqlənir ki, burada axtarılan obyekt potensial, əmsal və ya sərhəd şərtləri deyil, operatorun verilmə oblastıdır. Belə məsələlərin […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər