Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

27.01.2016-ci il saat 10:00-da Ümuminstitut seminarında “Optimal İdarəetmə” şöbəsinin böyük elmi işçisi, riyaziyyat elmləri doktoru Y.S.Qasımov “Oblasta nəzərən bir tərs məsələ haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə Şredinger operatoru üçün qoyulmuş bir tərs məsələyə baxılır. Baxılan məsələnin spesifikası ənənəvi tərs məsələlərdən onunla fərqlənir ki, burada axtarılan obyekt potensial, əmsal və ya sərhəd şərtləri deyil, operatorun verilmə […]

“Diskret sistemlərlə təsvir olunan proseslərin idarə olunması” mövzusunda “Optimal idarəetmə” şöbəsinin ilk seminarı keçirilib

Bu gün saat 11:00-da “Optimal idarəetmə” şöbəsinin ilk seminarı keçirilib. Seminarda şöbənin professoru Telman Məlikov “Diskret sistemlərlə təsvir olunan proseslərin idarə olunması” mövzusunda məruzə edib. Məruzədə birinci və ikinci tərtib bəzi zəruri şərtlərin alınması şərh olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Soft topoloji fəzalar kateqoriyasında sinqulyar homoloji nəzəriyyə” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün ümuminstitut seminarında BDU-nun “Cəbr və həndəsə” kafedrasının dosenti Bayramov Sədi Andəm oğlu “Soft topoloji fəzalar kateqoriyasında sinqulyar homoloji nəzəriyyə” mövzusunda məruzə edib. Məruzədə Soft topoloji fəzalar kateqoriyasında sinqulyar homoloji qruplar daxil edilmiş və bu qruplar üçün homoloji nəzəriyyənin aksiomlarının ödənilməsi isbatlanmışdır. Homotopik invariantlıq kəsmə və ölçü haqqında teoremlər isbatlanmış, dəqiq homoloji ardıcıllığı qurulmuşdur. […]

E L A N

13.01.2016-cı il saat 10:00-da Ümuminstitut seminarında BDU-nun “Cəbr və həndəsə” kafedrasının dosenti Bayramov Sədi Andəm oğlu “Soft topoloji fəzalar kateqoriyasında sinqulyar homoloji nəzəriyyə” mövzusunda məruzə edəcəkdir. Məruzədə Soft topoloji fəzalar kateqoriyasında sinqulyar homoloji qruplar daxil edilmiş və bu qruplar üçün homoloji nəzəriyyənin aksiomlarının ödənilməsi isbatlanmışdır. Homotopik invariantlıq kəsmə və ölçü haqqında teoremlər isbatlanmış, dəqiq homoloji […]

“Qeqenbauer çevirməsi haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Ümuminstitut seminarını giriş sözü ilə institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru,  professor  Misir Mərdanov açaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə  institut əməkdaşlarını səmimi qəlbdən təbrik etmiş, onlara yeni ildə möhkəm can sağlığı, işlərində müvəffəqiyyət və daha böyük uğurlar arzu etmişdir. Sonra RMİ-nin “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n., dos. Elman Cavanşir […]

E L A N

30.12.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n., dos. Elman Cavanşir oğlu İbrahimov “Qeqenbauer çevirməsi haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzə analizdə çox mühüm yeri olan inteqral çevirmələr nəzəriyyəsinə həsr olunmuşdur. Məruzədə yeni Qeqebnauer inteqral çevirməsinin xassələri haqqında ətraflı məlumat veriləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər