Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Qaz-maye mühitinin mexanikasinin bəzi məsələləri” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün  Ümuminstitut seminarında prof. Faiq Nağıyev “Qaz-maye mühitinin mexanikasinin bəzi məsələləri” mövzusunda məruzə edib. Hesablamaların nəticələri göstərdi ki, R.İ.Niqmatulinin təqdim etdiyi qabarcıqlı mayenin hal tənliyi qaz-maye qarışığının təzyiqinin və qazın həcmi konsentrasiyasının geniş diapazonunda vəziyyəti yaxşı təsvir edir. İşdə alınmış bir sıra hesablamalarla yaxşı uyğun gələn qaz-maye qarışığının yeni hal tənlikləri təklif edilmişdir. Analitik tədqiqatlar […]

E L A N

02.12.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında prof. F.B.Nağıyev “Qaz-maye mühitinin mexanikasinin bəzi məsələləri” mövzusunda məruzə edəcəkdir. Hesablamaların nəticələri göstərdi ki, R.İ.Niqmatulinin təqdim etdiyi qabarcıqlı mayenin hal tənliyi qaz-maye qarışığının təzyiqinin və qazın həcmi konsentrasiyasının geniş diapazonunda vəziyyəti yaxşı təsvir edir. İşdə alınmış bir sıra hesablamalarla yaxşı uyğun gələn qaz-maye qarışığının yeni hal tənlikləri təklif edilmişdir. […]

“Spektral parametr daxil olan qeyri-requlyar diferensial operatorların tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında “Riyazi-Fizika tənlikləri” şöbəsinin böyük elmi işçisi r.e.d. dos. İlham V.Əliyev “Spektral parametr daxil olan qeyri-requlyar diferensial operatorların tədqiqi” mövzusunda məruzə edib. Məruzədə diferensial tənliklər üçün qeyri-lokal sərhəd şərtli diferensial operatorun müxtəlif xassələri haqqında danışılıb. Belə ki, tənliyə spektral parametr daxil olan halda uyğun bircins olmayan tənliyin həllinin qiymətləndirilməsi məsələləri araşdırılmış və operatorun […]

E L A N

25.11.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi-Fizika tənlikləri” şöbəsinin böyük elmi işçisi r.e.d. dos. İlham V.Əliyev “Spektral parametr daxil olan qeyri-requlyar diferensial operatorların tədqiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə diferensial tənliklər üçün qeyri-lokal sərhəd şərtli diferensial operatorun müxtəlif xassələri haqqında danışılacaq. Belə ki, tənliyə spektral parametr daxil olan halda uyğun bircins olmayan tənliyin həllinin qiymətləndirilməsi məsələləri […]

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib

20.11.2015 tarixində “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarında şöbənin dissertantı Orucova Aygün “Ümumiləşmiş Besov-Morri tipli fəzalarda daxilolma teoremləri” mövzusunda məruzə etmişdir. Məruzədə Ümumiləşmiş Besov-Morri tipli fəzalara baxılmış və çevik buynuz şərtini ödəyən n ölçülü oblastlarda təyin olunmuş funksiyalar üçün inteqral göstərilişi üsulu ilə bu fəzadan olan funksiyaların diferensial və diferensial-fərq […]

E L A N

25.11.2015-ci il tarixində “Diferensial tənliklər” şöbəsinin seminarında aparıcı elmi işçi, r.f.d. Rafiq Teymurov “Bir sinif parabolik tip tənlik üçün hərəkət edən mənbələrin optimal idarə edilməsi məsələsinin həlli” mövzusunda məruzə edəcəkdir. Məruzədə vəziyyəti parabolik tip tənliklə və adi diferensial tənliklər sistemi ilə təsvir olunan idarəetmə sistemlərində istilik mənbələrinin optimal idarə edilməsi məsələsinə baxılır. Optimal idarəetmə məsələsinin həllinin varlığı […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər