Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Qeyri-xətti dalğa tənliklərinin məhdud və sonlu zamanda dağılan həlləri” mövzusunda keçirilən Ümuminstitut seminarı AMEA-nın 70 illiyinə həsr olunmuşdur

 AMEA-nın 70 illiyinə həsr olunmuş Ümuminstitut seminarında Koç Universitetinin professoru Varqa Kələntərov “Qeyri-xətti dalğa tənliklərinin məhdud və sonlu zamanda dağılan həlləri” mövzusunda məruzə edib. Məruzədə qeyri-xətti Kıein-Qordon tənliyi, Kirçhof tənliyi, qeyri-xətti qüvvətli dissipatif dalğa tənliyi və uyğun sistemlər üçün başlanğıc sərhəd məsələlərin ixtiyari böyük başlanğıc enerjiyə malik olan dağılan həllərinin varlığı isbat olunur. Geniş sinif […]

E L A N

28.10.2015-c1 il saat 10:00-da Ümuminstitut seminarında Koç Universitetinin professoru Varqa Kələntərov “Qeyri-xətti dalğa tənliklərinin məhdud və sonlu zamanda dağılan həlləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə qeyri-xətti Kıein-Qordon tənliyi, Kirçhof tənliyi, qeyri-xətti qüvvətli dissipatif dalğa tənliyi və uyğun sistemlər üçün başlanğıc sərhəd məsələlərin ixtiyari böyük başlanğıc enerjiyə malik olan dağılan həllərinin varlığı isbat olunur. Geniş sinif qeyri-xətti […]

“İstilik ayıran massivdə yarıqların qismən bağlanması prosesinin modelləşdirilməsi” mövzusunda Ümuminstitut seminarı keçirildi

Bu gün Ümuminstitut seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Vaqif Mirəhməd oğlu Mirsəlimov “İstilik ayıran massivdə yarıqların qismən bağlanması prosesinin modelləşdirilməsi” mövzusunda məruzə etmişdir. Termoelastiklik nəzəriyyəsinin üsulları əsasında dairəvi en kəsikli silindrik kanallarla zəiflədilmiş istilik ayıran massivdə dəyişən qalınlıqlı yarıqların qismən bağlanması prosesinin riyazi ifadəsi verilir. İstilik ayrılmanın intensivliyi artdıqca massivin elastiki […]

E L A N

21.10.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Vaqif Mirəhməd oğlu Mirsəlimov “İstilik ayıran massivdə yarıqların qismən bağlanması prosesinin modelləşdirilməsi” mövzusunda məruzə edəcəkdir. Termoelastiklik nəzəriyyəsinin üsulları əsasında dairəvi en kəsikli silindrik kanallarla zəiflədilmiş istilik ayıran massivdə dəyişən qalınlıqlı yarıqların qismən bağlanması prosesinin riyazi ifadəsi verilir. İstilik ayrılmanın intensivliyi artdıqca […]

“Qeyri-hamar əmsallı ümumiləşmiş Manjeron tənliyi üçün Dirixle məsələsinin korrekt həllolunması barədə” mövzusunda Ümuminstitut seminarı keçirildi

Bu gün Ümuminstitut seminarında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, f.r.e.n., dos. İlqar Qürbət oğlu Məmmədov “Qeyri-hamar əmsallı ümumiləşmiş Manjeron tənliyi üçün Dirixle məsələsinin korrekt həllolunması barədə” mövzusunda məruzə edib. Qeyri-hamar əmsallı, dördtərtibli bir psevdoparabolik tənlik üçün uzlaşma şərtləri tələb etməyən qeyri-klassik şərtli Dirixle məsələsinə baxılır. Qoyulan məsələnin həlli izotrop Sobolev fəzasında axtarıldığı halda, […]

E L A N

14.10.2015-c1 il saat 10:00-da Ümuminstitut seminarında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, f.r.e.n., dos. İlqar Qürbət oğlu Məmmədov “Qeyri-hamar əmsallı ümumiləşmiş Manjeron tənliyi üçün Dirixle məsələsinin korrekt həllolunması barədə” mövzusunda məruzə edəcəkdir. Qeyri-hamar əmsallı, dördtərtibli bir psevdoparabolik tənlik üçün uzlaşma şərtləri tələb etməyən qeyri-klassik şərtli Dirixle məsələsinə baxılır. Qoyulan məsələnin həlli izotrop Sobolev fəzasında […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər