Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Kapilyar qeyribincliliyi şəraitində immobil karbohidrogenlərin çixarilmasi üçün hidrodinamik üsullar” mövzusunda Ümuminstitut seminarı keçirildi

Bu gün Riyaziyyat və Mexanika İnstitutununda “Kapilyar qeyribincliliyi şəraitində immobil karbohidrogenlərin çıxarılmasi üçün hidrodinamik üsullar” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Maye və qaz mexanikası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahov məruzə edib. Məruzədə heterogen məsaməli mühitlərdə sıxışdırma prosesində yüksək keçiricilikli məsamələrdə hərəkət edən sıxışdırıcı mayenin bilavasitə kiçik keçiricilikli məsamələr ilə təmasda olduğundan axın zamanı […]

E L A N

07.10.2015-c1 il saat 10:00-da Ümuminstitut seminarında “Maye və qaz mexanikası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, t.e.d., Qeylani Pənahov “Kapilyar qeyribincliliyi şəraitində immobil karbohidrogenlərin çixarilmasi üçün hidrodinamik üsullar” mövzusunda məruzə edəcəkdir. Məruzədə heterogen məsaməli mühitlərdə sıxışdırma prosesində yüksək keçiricilikli məsamələrdə hərəkət edən sıxışdırıcı mayenin bilavasitə kiçik keçiricilikli məsamələr ilə təmasda olduğundan axın zamanı “sürünmə” effekti ilə […]

“Yanq–Bakster tənliyinin həlli” mövzusunda Ümuminstitut seminarı keçirilib

Sentyabrın 30-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Yanq–Bakster tənliyinin həlli” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda Almaniyanın Humboldt Universitetinin doktorantı İlmar Qəhrəmanov məruzə edib. Məruzənin məqsədi inteqrallanan modellər və xüsusilə dəqiq həll olunan qəfəs modelləri ilə bağlı son illər baş verən inkişafı müzakirə etməkdir. Məruzədə Yanq–Bakster tənliyi, ulduz-üçbucaq münasibəti və onların xassələri müzakirə olunub. Daha sonra […]

E L A N

Sentyabrın 30-da Ümuminstitut seminarında Almaniyanın Humboldt Universitetinin doktorantı İlmar Qəhrəmanov  “Yanq–Bakster tənliyinin  həlli” mövzusunda məruzə edəcəkdir. Məruzənin məqsədi inteqrallanan modellər və xüsusilə dəqiq həll olunan qəfəs modelləri ilə bağlı son illər baş verən inkişafı müzakirə etməkdir. Məruzədə Yanq–Bakster tənliyi, ulduz-üçbucaq münasibəti və onların xassələri müzakirə olunacaq. Daha sonra Yanq–Bakster tənliyinin yeni həlləri təqdim ediləcək. Həmçinin Yanq–Bakster […]

E L A N

22.09.2015-c1 il saat 10:00-da Ümuminstitut seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin əməkdaşı, texnika elmləri namizədi Elxan Məcid oğlu Abbasov  “Qeyri-bircins  “lay -quyu” sistemində qaz-maye qarışığının axın proseslərinin riyazi modelləşdirilməsi” mövzusunda məruzə edəcəkdir. Layın deformasiyası və qeyri-bircinsliyi nəzərə alınmaqla qaz-maye qarışığının “lay-quyu” sistemində qeyri-müntəzəm axını təsvir edən inteqral riyazi modeli qurulmuş və qeyri-xətti əlaqəli diferensial tənliklərin həlli tapılmışdır. […]

“Ridge funksiyalar və çoxdəyişənli funksiyaların ridge funksiyaların cəmi şəklində göstərilməsi” mövzusunda Ümuminstitut seminarı keçirildi

Sentyabrın 16-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda «Ridge funksiyalar və çoxdəyişənli funksiyaların ridge funksiyaların cəmi şəklində göstərilməsi» mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar İsmayılov məruzə edib. Məruzədə ridge funksiyaların müasir riyaziyyat elmində tutduğu əhəmiyyətli roldan danışılıb, Kembric Universitetində nəşr olunmuş “A.Pinkus, Ridge functions, Cambridge University Press, 2015” monoqrafiyası haqqında […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər