Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Karnot qruplarında təyin edilmiş kəsr inteqral operatorun lokal Morri tipli fəzalarda məhdudluğu üçün zəruri və kafi şərtlər” mövzusunda Ümuminstitut seminarı keçirildi

Bu gün Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri, AMEA müxbir üzvü, f.r.e.d., prof. Vaqif Sabir oğlu Quliyev “Karnot qruplarında təyin edilmiş kəsr inteqral operatorun lokal Morri tipli fəzalarda məhdudluğu üçün zəruri və kafi şərtlər” mövzusunda məruzə etmişdir. Məruzə Karnot qruplarında təyin edilmiş kəsr inteqral operatorun lokal Morri tipli fəzalarda məhdudluğu məsələlərinə həsr olunmuşdur. Karnot qruplarında təyin […]

ELAN

17.06.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri, AMEA müxbir üzvü, f.r.e.d., prof. Vaqif Sabir oğlu Quliyev “Karnot qruplarında təyin edilmiş kəsr inteqral operatorun lokal Morri tipli fəzalarda məhdudluğu üçün zəruri və kafi şərtlər” mövzusunda məruzə edəcəkdir. Məruzə Karnot qruplarında təyin edilmiş kəsr inteqral operatorun lokal Morri tipli fəzalarda məhdudluğu məsələlərinə həsr olunub. […]

ELAN

10.06.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi-fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.n., dos. Əbdürrəhim Fərman oğlu Quliyev “AMEA-nın müxbir üzvü, prof. İlham T. Məmmədovun anadan olmasının 60 illiyi ” ilə əlaqədar məruzə edəcəkdir. Məruzədə prof. İ.T.Məmmədovun həyat və elmi fəaliyyəti haqqında danışılacaqdır.

E L A N

03.06.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri, f-r.e.d., prof. Lətif Xəlil oğlu Talıblı “İrsi elastik cisimlərin uzunmüddətli zədələnmə və uzunmüddətli möhkəmlik şərtləri. Bir paradoksun həlli” mövzusunda məruzə edəcəkdir. İrsi elastik cisimlərdə zədələrin yığılması prosesinin keyfiyyətcə fərqli kinetik tənliyi qurulmuşdur. Bu tənlik isri elastik cisimlərdə zədələrin əmələ gəlməsi və yığılması prosesinin başlanğıcının deformasiya […]

“Banax fəzalarının düz cəmində bazis qurmağın bir üsulu” mövzusunda Ümuminstitut seminarı keçirildi

Mayın 27-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Banax fəzalarının düz cəmində bazis qurmağın bir üsulu” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Telman Qasımov məruzə edib. Məruzədə Banax fəzasının alt fəzalarının düz cəminə ayrılışına baxılıb. Alt fəzaların bazisindən çıxış edərək fəzanın bazisinin alınmasının bir üsulu təklif olunub. Alt fəzaların […]

E L A N

27.05.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Telman Benser oğlu Qasımov “Banax fəzalarının düz cəmində bazis qurmağın bir üsulu haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə Banax fəzasının alt fəzalarının düz cəminə ayrılışına baxılır. Alt fəzaların bazisindən çıxış edərək fəzanın bazisinin alınmasının bir üsulu təklif olunur. Alt fəzaların izomorf olduğu […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər