Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

22.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Cavanşir Cavad oğlu Həsənov “Maksimal funksiya və potensial tipli inteqralların dəyişən dərəcəli Morri fəzalarında tədqiqi” mövzusunda məruzə edəcəkdir. Məruzə Hardi-Littlvud maksimal funksiyası və potensial tipli inteqralların dəyişən dərəcəli Morri fəzalarında məhdudluğunun araşdırılmasına həsr olunmuşdur.

ELAN

15.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında Rusiya Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunun əməkdaşı, professor Yu. D. Çaşeçkin “Maye-lərin diferensial mexanikası – yeni nəsil modellər” mövzusunda məruzə edəcəkdir. Təbiət və sənaye şəraitlərində axının bütün növləri öz sturukturları ilə xarakterizə olunur ki, yüksək qradiyentli sərhəddi ayıran böyük axın komponenetlərinin mövcudluğu uzaq zondlaşdırma texnikasının inkişafında optik və akustik […]

E L A N

10 aprel 2015-ci il tarixində saat 1400-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D 01.111 dissertasiya şurasının iclasında Leyla İbrahim qızı Məmmədovanın “Əmsalı ümumiləşmiş funksiya olan kvadratik Şturm-Liuvill operatorlar dəstəsi üçün düz və tərs məsələlər” mövzusunda və Orxan Soltan oğlu Əliyevin “Elliptik və parabolik […]

E L A N

08.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksional analiz” şöbəsinin əməkdaşı f.-r.e.d., prof. Sabir Soltanağa oğlu Mirzəyev  “Operator differensial tənliklərin həll olunması və bəzi spektral məsələlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə operator differensial tənliklər üçün sərhəd məsələlərin həll olunmasından və onlara uyğun olan operator dəstələrinin bəzi spektral xassələrindən danışılacaq.

“ Sərhəd şərtlərinə spektral parametr daxil olan Şturm-Liuvill operatorunun spektral xassələri” mövzusunda Ümuminstitut seminarı keçirilib

01.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, r.ü.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “ Sərhəd şərtlərinə spektral parametr daxil olan Şturm-Liuvill operatorunun spektral xassələri” mövzusunda məruzə etmişdir. Sərhəd şərtlərinin hər ikisinə spektral parametr daxil olan Şturm-Liuvill məsələsinə baxılmışdır. Bu məsələ Hilbert və ya Pontryagin fəzasında öz-özünə qoşma operator üçün məxsusi qiymət […]

ELAN

01.04.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, r.ü.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “ Sərhəd şərtlərinə spektral parametr daxil olan Şturm-Liuvill operatorunun spektral xassələri” mövzusunda məruzə edəcəkdir. Sərhəd şərtlərinin hər ikisinə spektral parametr daxil olan Şturm-Liuvill məsələsinə baxılır. Bu məsələ Hilbert və ya Pontryagin fəzasında öz-özünə qoşma operator üçün məxsusi qiymət […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər