Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunda 26 il rəhbərlik etmiş akademik Fəraməz Qəzənfər oğlu Maqsudovun 85 illik yubileyi ilə əlaqədar 18.03.2015-cü il saat 11:00-da anım tədbiri keçiriləcək

FƏRAMƏZ QƏZƏNFƏR oğlu MAQSUDOV – 1930-cu il martın 20-də – Novruz bayramında Naxçıvan şəhərində anadan olmuşdur. O, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultiəsini riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbə ikən elmi-tədqiqat işlərinə böyük maraq göstərən Maqsudov bütün mənalı həyatını elmə həsr etmiş, adi aspirantdan, Riyaziyyat və Mexanika İnstitutunyn direktoru və Azərbaycan […]

E L A N

11.03.2015-cü il saat 10:00-da Ümuminstitut seminarında Türkiyənin Atatürk Universiteti, Fənn fakültəsinin professoru  Arif Səlimov “Anti-Hermit həndəsənin inkişafında son nəticələr” mövzusunda məruzə edəcəkdir. Siqnaturası neytral olan qoşma Norden metrikasının ödədiyi Kodassi tənliyinin vasitəsilə Hermit çoxobrazlılarının alt sinifi olan anti-Keler-Kodassi çoxobrazlıları müəllif tərəfindən daxil edilmişdir.  Daha sonra Ricci-ulduz tenzorları təyin edilərək, onların köməkliyi  ilə anti-Keler-Kodassi çoxobrazlılarının xarakteristikası […]

ELAN

04.03.2015 tarixində ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin əməkdaşı f-r.e.d, prof. Fuad Seyfəddin oğlu Lətifovun“Möhkəm-ləndirilmiş anizotrop silindrik örtüyün mühitlə rəqsləri və dayanıqlığı”  mövzusunda çıxışı olacaqdır.  Çıxış aşağıdakı  məsələləri əhatə edəcək:   1) möhkəmləndirilmiş anizotrop silindrik örtüyün özlü-elastiki mühitlə birgə rəqsləri; 2) möhkəmləndirilmiş anizotrop, qeyri-bircinc  silindrik örtüyün maye ilə birgə rəqsləri; 3) möhkəmləndirilmiş anizotrop silindrik örtüyün özlü-elastiki […]

ELAN

25.02.2015-cü il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi-fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.n., dos. Şirmayıl Həsən oğlu Bağırov “İkinci tərtib yarımxətti parabolik tip tənliyin müsbət həllərinin varlığı məsələsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə silindirik oblastda zaman arqumentinə nəzərən periodik əmsallı ikinci tərtib parabolik tip tənlik haqqında danışılacaq. Qeyri-xəttiliyin xarakterindən asılı olaraq baxılan tənliyin müsbət qlobal həllərinin varlığı məsələsi öyrənilir.

“Lp(T), 1 ≤ p < ∞, fəzalarında bəzi funksiyalar siniflərində triqonometrik Furye sıralarının müntəzəm yığılma tərtibləri" mövzusunda Ümuminstitut seminarı keçirilib

Fevralın 17-də AMEA Riyaziyyat və Mexanika institutunda “Lp(T), 1 ≤ p < ∞, fəzalarında bəzi funksiyalar siniflərində triqonometrik Furye sıralarının müntəzəm yığılma tərtibləri” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n., dosent Niyazi İlyasov məruzə edib. Məruzədə Lp(T) – hamarlıq modulunun və ya Lp(T) – də ən yaxşı yaxınlaşmalar ardıcıllıqlarının majorantı ilə təyin olunmuş funksiyalar siniflərində triqonometrik Furye […]

E L A N

18.02.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n., dosent Niyazi Ələddin oğlu İlyasov «Lp(T), 1 ≤ p < ∞, fəzalarında bəzi funksiyalar siniflə-rində triqonometrik Furye sıralarının müntəzəm yığılma tərtibləri haqqında» mövzusunda məruzə edəcəkdir. Məruzədə Lp(T) – hamarlıq modulunun və ya Lp(T) – də ən yaxşı yaxınlaşmalar ardıcıllıqlarının majorantı ilə təyin olunmuş funksiyalar siniflərində […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər