Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

19.11.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n, dos. Rakib Feyruz oğlu Əfəndiyev “ Ulduz tip qraflarda kompleks Hill operatorunun spektral analizi” mövzusunda məruzə edəcəkdir. Hill operatoru üçün qeyri kompakt ulduz tip qraflarda spektral analizi tədqiq edilmişdir. Operatorun spektri öyrənilmiş, potensialların bərpası üçün yeganəlik teoremi daxil edilmişdir. Tərs məsələnin konstruktiv […]

E L A N

12.11.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Dalğa dinamikası” şöbəsinin müdiri, f-r.e.d., prof. Cəfər Həsənağa oğlu Ağalarov  “Elastik maye ilə doldurulmuş sferik örtüyün sərbəst rəqsləri”mövzusunda məruzə edəcəkdir.  Nazik elastik sferik örtüyə baxılır. Örtüyün daxili daha kiçik elastiki modulu olan elastiki mühit ilə doldurulub. Sferik sistemlə hərəkət tənlikləri yazılmış və sərhədlərində kontakt şərtlərindən istifadə edərək hərəkət […]

E L A N

05.11.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, r.e.d. Bəhram Əli oğlu Əliyev  “İkinci tərtib elliptik diferensial operator tənlik üçün sərhəd məsələlərinin tədqiqi” mövzusunda məruzə edəcəkdir. Məruzə sonlu parçada sərhəd şərtlərinə spektral parametr və həmçinin qeyri-məhdud operator daxil olduqda ikinci tərtib elliptik tip diferensial operator tənlik üçün sərhəd məsələlərinin həll […]

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutunun şöbələrinin 2014-cü ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların aparılması haqqında 29 oktyabr 2014-ci il   saat 11:30 «Elastiklik və plastiklik nəzəriyyəsi»  f-r.e.d., prof. V.C.Hacıyev Elmi Texniki İnformasiya laborat., Kitabxana,  «Hesablama texnikası vasitələri» labor. 03 noyabr 2014-ci il   saat 11:00 «Cəbr və riyazi məntiq» f-r.e.n.,dos. Ə.Ə.Babayev «Tətbiqi riyaziyyat» f-r.e.d., prof. Q.Q.Əliyev 04 […]

E L A N

29.10.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f-r.e.d., prof. Musa Xanlar oğlu İlyasov “Təyyarə qanad ucluqlarının aerodinamik modeli və onun tədqiqi” mövzusunda məruzə edəcəkdir. Eksperimental aerodinamikada 50 ildən çoxdur ki, qanad ucluqlarının qanadın alın müqaviməti qüvvəsinin azaldığı  göstərilmişdir və müasir təyyarələrdə bu konstruksiyalar tətbiq edilməyə başlanılmışdır. Alın […]

E L A N

22.10.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında Humboldt Universitetinin (Berlin, Almaniya) əməkdaşı Qəhrəmanov İlmar Balaxan oğlu “Elliptik hipergeometrik funksiyalar” mövzusunda məruzə edəcəkdir. Məruzə elliptik hipergeometrik funksiyaların nəzəriyyəsinə və tətbiqlərinə həsr olunub. Klassik və bazis hipergeometrik funksiyaları Eylerin dövründən məlumdursa, elliptik hipergeometrik funksiyalar son 15 ildə meydana çıxıb. Bu funksiyalara inteqrallanan sistemlərdə, dördölçülü çoxobrazlıların invariantlarında, Li cəbrlərinin […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər