18/02/2014
19.02.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında Avropa Riyaziyyat Cəmiyyətinin üzvü Qalina Mixalkina “Tədqiqat və təhsil məsələlərində Volfram texnologiyasının tətbiqi ” mövzusunda məruzə edəcəkdir. Məruzədə VolframTexnologiyaları əsasında yaradılmış və qabaqcıl hesablama vasitələri kimi elmi araşdırmalarda və təhsil sahəsində istifadə edilən bəzi computer proqramlarından danışılacaq. Misal olaraq boksda maye axınının modelləşdirilməsi məsələlərinin həllində, elektromaqnetizmin tədqiqində böyük həcmli […]
10/02/2014
12.02.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında Türkiyənin Atatürk Universiteti, Fənn fakültəsinin professoru Arif Səlimov “Anti-Keler-Kodatsi strukturları haqqında bəzi qeydlər ” mövzusunda məruzə edəcəkdir. Məruzədə Anti-Keler-Kodasti (m, J, g) çoxobrazlısı anlayışı haqqında danışılacaq. Bu çoxobrazlı üçün anti-Hermit (Norden) metrikası G=g o J g-nin Levi-Çivita əlaqəsinə nəzərən Kodatsi tənliyini ödəyir. Belə bir struktur inteqrallana bilən anti-Hermit strukturlarının […]
03/02/2014
05.02.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin əməkdaşı, f-r.e.d, prof. Musa Xanlar oğlu İlyasov “Sıxılmayan mühit üzərində yerləşən və deformasiya olunmayan dairəvi silindrlə möhkəmləndirilmiş üçlaylı və lifli kompozit halqanın yük götürmə qabiliyyətinin təyini ” mövzusunda məruzə edəcəkdir. Məruzudə torpaq, su, buz, bataqlıq və başqa mühit üzərinə sərilmiş və mərkəzi hissəsi deformasiya […]
29/01/2014
Yanvarın 24-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun müdafiə şurasında f-r.e.n, dos.Vüqar İsmayılov “Qeyd olunmuş istiqamətli ridge funksiyalarla yaxınlaşma” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
23/01/2014
29.01.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin əməkdaşı f-r.e.d. Alik Malik oğlu Nəcəfov “Sobolev – Morri tipli Wlpφβ(G) fəzasında daxilolma teoremləri” mövzusunda məruzə edəcəkdir. Məruzəçi tərəfindən Morri tipli Lpφβ(G) və Sobolev-Morri tipli Wlpφβ(G) fəzaları qurulmuşdur. Qurulan fəzalardan olan, çoxölçülü oblastlarda təyin olunmuş funksiyaların ümumiləşmiş qarışıq törəmələri üçün inteqral göstərilişi alınır. Bu inteqral göstərilişinin […]
14/01/2014
15.01.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında BDU-nun “Riyazi analiz ” şöbəsinin əməkdaşı f-r.e.d. Ziyadxan Seyfəddin oğlu Əliyev “Bəzi qeyri-xətti dördüncü tərtib sərhəd məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə edəcəkdir. Məruzədə dördüncü tərtib qeyri-xətti tamam requlyar Şturm sisteminin lokal və qlobal bifurkasi-yasından, xətti məsələnin məxsusi funksiyalarının osilyasiya xassələrinə malik olan və baxılan məsələnin bifurkasiyasının tədqiqində həlledici […]