Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

08 fevral 2023-ci il tarixində saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək. Ümuminstitut seminarında RMİ-nin “Riyazi fizika tənlikləri” şöbəsinin müdiri Quliyev Əbdürrəhim “İstilikkeçirmə tənliyinin mənfi olmayan həlləri üçün artım tip teoremlər və onların tətbiqləri” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə istilikkeçirmə tənliyinin klassik mənfi olmayan həlləri üçün istilik tutumu və istilik potensialı terminlərində artım tip […]

ELAN

25 yanvar 2023-cü il saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. İnstitutun “Funksional analiz ” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Elşad Eyvazov “Maqnit Şredinger operatorunun mühüm spektrinin astanasının solunda yerləşən məxsusi ədədlərin qiymətləndirilməsi”mövzusunda  məruzə ilə çıxış edəcəkdir. Məruzə, bütün fəzada və üçölçülü zolaqda maqnit Şredinger operatorunun mühüm spektrinin astanasının […]

ELAN

11 yanvar 2023-ci il saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcəkdir.  Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ali riyaziyyat kafedrasının professoru, r.e.d. N.M. Aslanova “Dördüncütərtib diferensial-operator tənlik üçün bəzi spektral məsələlər” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə dördüncü tərtib diferensial operator tənlik üçün bəzi sərhəd məsələlərinə uyğun fəzadan çıxmaqla simmetrik operator təyin edilir […]

ELAN

14 dekabr 2022-ci il saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarə keçiriləcək.  Institutun  “Diferensial tənliklər” şöbəsinin müdiri, f.-r.e.d., prof. Əkbər Əliyev “Zamanla dəyişən gecikməyə malik müqavimət qüvvələrinin təsiri altında asma körpünün salınımlarının dinamikası” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzə zamanla dəyişən gecikmə ilə körpü məsələsinin riyazi modeli nəzərdən keçirilir. Həllin mövcudluğu və unikallığı […]

ELAN

21 dekabr 2022-ci il saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcəkdir.  Institutun  “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının müdiri, r.ü.f.d., dos. Səbinə Rahib qızı Sadıqova “ “1/4-Kadets” teoreminin abstrakt analoqu haqqında ” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə həyəcanlanmış eksponent sisteminin Lebeq fəzalarında bazislik xassələrinin öyrənilməsi haqqında müəyyən məlumatlar veriləcəkdir. Riman sərhəd məsələsinin […]

ELAN

Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 100 – illiyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” adlı Beynəlxalq konfrans keçiriləcəkdir. Konfransın 26-28 aprel 2023-cü il Bakı şəhərində keçirilməsi nəzərdə tutulur. Konfransın dilləri: Azərbaycan və ingilis dilləridir. Biz sizi konfransda iştirak etməyə dəvət edirik. Konfransın saytı: mpmm.imm.az © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər