Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şəriflə görüşü yer alıb. Bundan əlavə, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun Akademiyanın Yer Elmləri Bölməsinin elmi müəssisələrinin baş direktorları, icraçı direktorları və elmi katibləri ilə görüşü, “Ədəbi-proses – 2020-2021” mövzusunda […]

E L A N

16.03.2022-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar Elman oğlu İsmayılov «Neyron şəbəkələr üçün Hecht-Nielsen teoremi haqqında» mövzusunda məruzə edəcəkdir. Məruzədə neyron şəbəkələr nəzəriyyəsinin ilkin nəticələrindən olan Hecht-Nielsen teoreminə baxılacaq və bu teoremin analoqunun istənilən çoxdəyişənli funksiya üçün doğruluğu göstəriləcəkdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]

ELAN

16.03.2022-сi il tarixində saat 12.00-da “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı  keçiriləcəkdir. Seminarda f-r.e.d. Rəsulova Nazilə “H.A.Raxmatulinin çevik rabitələrə eninə zərbə nəzəriyyəsinin əsasları” mövzusunda çıxış edəcəkdir. Məsələdə bu nəzəriyyənin əsas hərəkət tənliklərinin sonlu yerdəyişmə qeyri-xətti reoloji asılılıq üçün çıxarılışı təqdim edilir və bəzi xüsusi məsələlər həll edilir. Arzu edənlər iştirak edə bilərlər. İclasa […]

ELAN

09.03.2022-ci il tarixində saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında “Cəbr və riyazi məntiq” şöbəsinin müdiri f.-r.e.n., dos. Əli Əvəz oğlu Babayev “Nəsirəddin Tusinin riyazi əsərlərinin tədqiqində yeni nəticələr ” mövzusunda məruzə edəcəkdir. Məruzədə Nəsirəddin Tusinin “Evklidin şərhi”, “Tozlu lövhənin köməyi ilə hesab toplusu” və digər riyazi əsərlərində riyaziyyat elminə gətirdiyi yeniliklərdən danışılacaq. © Bütün hüquqlar […]

ELAN

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin ənənəvi birgə seminarı fəaliyyətini davam etdirir. Seminar hər həftənin çərşənbə günləri  saat 12.00-da başlayır. Növbəti seminar  9 mart 2022-ci il tarixində keçiriləcəkdir. Seminarda professor Kamal Soltanov “Bəzi yeni tərpənməz nöqtə teoremləri” adlı məruzə ilə çıxış edəcəkdir(davamı). Məruzədə Koşinin bir klassik teoremindən istifadə edərək […]

ELAN

Bilgəh (28.03 -11.04 — 180 AZN), Bilgəh (31.03 -14.04—250 AZN), Abşeron (16.03 — 150 AZN), Abşeron (07.03 – 21.03—150 AZN), Abşeron (28.03-11.04—150 AZN) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə, dosent İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər