Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

Bilgəh (04.11-18.11— 180AZN), Bilgəh (19.11-03.12—180 AZN), Abşeron (20.10-03.11—150AZN), Abşeron (09.11-23.11 — 150AZN) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

13  oktyabr  2021-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Bilal Telman oğlu Bilalov “Qeyri-standart fəzalarda Laplas və Puasson tənlikləri üçün Dirixle məsələsinin  müxtəlif qoyuluşları haqqında” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə qeyri-standart adlanan (dəyişən dərəcəli Lebeq, Morri, qrənd-Lebeq, Marçinkeviç və s.) fəzaların doğurduğu Sobolev […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri”  şöbələrinin birgə iclasında  AMEA Riyaziyyat və Mexanika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Mehriban Nurməmməd qızı Kərimovanın “Cırlaşan elliptik-parabolik tənliklərin həllərinin araşdırılması” mövzusunda 1211.01-Diferensial tənliklər  ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi 13 oktyabr 2021-ci il tarixində saat 1100-da İnstitutun akt zalında […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 11 oktyabr 2021-ci il tarixli iclasında  saat 1200-da f-r.e.n. Sarvan Təhməz oğlu Hüseynovun “İkinci tərtib cırlaşan elliptik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək. İclasa […]

ELAN

6 sentyabr 2021-ci il tarixində saat 1000-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin professoru Nihan Əlipənah oğlu Əliyev “Yeni törəmə, inteqral anlayışları və onların bəzi xassələri” mövzusunda məruzə ilə çıxış edəcək. İclasa qoşulmaq üçün https://us04web.zoom.us/j/4150128029?pwd=YmxoSXN1eGVFeWJGTjliZGRybG5Fdz09 Meeting ID: 415 012 8029 Parol: amea2021 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan  dissertasiyaların müdafiəsini  keçirən ED 1.04 dissertasiya şurasının 8 oktyabr 2021-ci il tarixli iclasında saat 14 00-da Natəvan Əmrah qızı Mustafayevanın “Bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin   sonsuzluqdan qlobal bifurkasiyası” mövzusunda 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər