Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

04.03.2020-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” və ”Riyazi fizika tənlikləri” şöbələrinin ”Qeyri-xətti (yarımxətti) II-ci tərtib elliptik tənliklərin güclü həlləri haqqında” mövzusunda birgə seminarı keçiriləcəkdir. Seminarda  r.e.d. Rabil Amanulla oğlu Amanov mövzu ilə bağlı məruzə edəcək. Məruzə zamanı qeyri-xətti hissənin qradiyentə görə müəyyən artım şərti altında və fəza dəyişəninə görə müəyyən Lebeq sinfindən olan  Sobolev […]

ELAN

04 mart 2020-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat elmləri doktoru Mübariz Qafarşah oğlu Hacıbəyovun “Hiperqruplarda kəsr tərtibli inteqrallar” mövzusunda məruzəsi olacaq. Məruzə hiperqruplarda verilmiş kəsr tərtibli inteqrallar arasında bərabərsizliklər və kəsr tərtibli inteqralların çəkili Lebeq fəzalarında məhdudluğu məsələlərinə həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

ELAN

28.02.2020-ci ildə saat 14:00-da “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cisim mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbə müdiri, f-r.e.d., prof. Lətif Xəlil oğlu Talıblı  “Özlüelastikiyyət nəzəriyyəsinin Kelvin sərhəd məsələsinin həlli” mövzusunda məruzə edəcəkdir. Məruzədə ilk dəfə olaraq materialı özlüelastik olan sonsuz böyük cismdə, daxilindəki topa qüvvənin təsirindən yaranan gərginlik deformasiya vəziyyətinin təyini məsləsinin […]

ELAN

28.02.2020-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Ümumiləşmiş Morri fəzalarında multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorlar“ mövzusunda məruzə edəcəkdir. Məruzədə multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunacaqdır. © Bütün […]

ELAN

26 fevral 2020-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksional analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Elşad Hətəm oğlu Eyvazov “Kvant mexanikasının bəzi problemlərinin həllində riyaziyyatın rolu” mövzusunda məruzə edəcəkdir. Məruzə 4 hissədən ibarətdir. I hissədə nöqtəvi potensiallı Şredinger operatoru haqqında görülən işlərdən danışılacaq və Berezin-Minlos-Faddeyev üsulunun mahiyyəti açıqlanacaq. II hissədə maqnit […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, funksional analiz, difrensial tənliklər sahəsində görkəmli alim, Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti, AMEA-nın sabiq prezidenti və Riyaziyyat və Mexanika İnstitutunun sabiq direktoru Fəraməz Qəzənfər oğlu Maqsudovun 20 mart 2020-ci ildə 90 ili tamam olur. Bununla əlaqədar, akademik Fəraməz […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər