Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

12 fevral 2020-ci il saat 10:00-da Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat ETİ-nin aparıcı elmi işçisi, f.r.e.n., Şərif Məmməd oğlu Nəsibov “Sobelev interpolyasiya və Qross-Sobolev loqarifmik bərabərsizlikləri” mövzusunda məruzə edəcəkdir. Məruzə bir dəqiq inteqral bərabərsziliyin isbatı, Hausdorf-Yunq bərabərsizliyinin köməyi ilə Sobolev interpolyasiya bərabərsizliyinin çıxarılışı və bu bərabərsizliyin köməyi ilə Qross-Sobolev loqarifmik bərabərsziliyinin isbatı həsr olunmuşdur. © […]

E L A N

06.02.2020-ci il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Anormal riyazi proqramlaşdırma məsələsi” mövzusunda məruzə edəcəkdir. İşdə bərabərliklə məhdudiyyət requlyarlıq şərtini ödəmədikdə riyazi proqramlaşdırma məsələsinin həllinin optimallığı üçün birinci və ikinci tərtib zəruri şərt alınmışdır. İşdə həmçinin sərhəd şərtli optimal idarə məsələsi […]

Elmi şuranın gündəliyi

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının 5 fevral 2020-ci tarixli 1 saylı iclas protokolunun GÜNDƏLİYİ     “Azərbaycan MEA-nın 2020-2025-ci illər üzrə inkişaf proqramı”-ndan irəli gələn prioritet istiqamətlərlə bağlı. “Azərbaycan MEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı” haqqında 28 dekabr 2019-cu il tarixli 3/5 nömrəli AMEA-nın Ümumi yığıncağının Qərarı. Elmi müəssisələrin akkreditasiyası qaydası haqqında. AMEA RMİ-nin […]

ELAN

05 fevral 2020-ci il saat 11.00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun akt zalında Həmkarlar İttifaqının təşkilatçılığı ilə koronavirus ilə bağlı “Özünü və başqalarını xəstəlikdən qoru!” adlı tədbir keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər. HƏMKARLAR İTTİFAQI  © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

5 fevral 2020-ci il saat 10:00-da Ümuminstitut seminarında Bakı Dövlət Universitenin professoru, r.e.d., Sədi Əndam oğlu Bayramov “Metrik fəzaların ümumiləşmələri və bu fəzalarda tərpənməz nöqtə haqqında teoremlər” mövzusunda məruzə edəcəkdir. Metrik fəzaların ümumiləşməsi olan b-metrik, G-metrik, D-metrik, D*-metrik, S-metrik, soft metrik fəzalar haqqında məlumat veriləcək. Bu fəzalarda tərpənməz nöqtə haqqında teoremin müxtəlif variantlarının isbatı haqqında danışılacaq. Sonunda […]

ELAN

29 yanvar 2020-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d., Rəşid Əvəzağa oğlu Əliyev “Hilbert çevirməsinin approksimasiyaları” mövzusunda məruzə edəcəkdir. Məruzədə Hilbert çevirməsi və onun diskret analoqunun xassələrindən bəhs olunacaq və həqiqi oxda p dərəcədən inteqrallanan funksiyalar fəzasında Hilbert çevirməsinin approksimasiyaları veriləcək. Göstəriləcək ki, approksimasiya edən operatorlar Hilbert çevirməsinin […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər