Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

20.12.2019-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi, r.f.d. Aynur Nizami qızı Məmmədova “Çəkili Lebeq fəzasında kəsilməzlik modulu” mövzusunda məruzə keçiriləcəkdir. Məruzə çəkili Lebeq fəzasında baxılan kəsilməzlik modulunun bəzi xassələrinə həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

19.12.2019-cu il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Hamlet Quliyev “Bir qeyri-xətti dalğa tənliyi üçün qarışıq məsələdə əmsalın tapılması” mövzusunda məruzə edəcəkdir. Məruzədə əmsalın tapılması məsələsinin optimal idarəetmə məsələsinə gətirilməsi yeni məsələdə optimal idarəedicinin varlığının isbatı, variasional bərabərsizlik şəklində optimallıq üçün zəruri şərtin alınması şərh […]

ELAN

AMEA Riyaziyyat və Mexanika Institutunda 21 dekabr 2019-cu il saat 11:30-da AMEA-nın müxbir üzvü, professor Qoşqar Əhmədovun xatirəsinə həsr olunmuş tədbir keçiriləcəkdir. Qoşqar Teymur oğlu Əhmədov — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı, Böyük Vətən Müharibəsi iştirakçısı, fizika- riyaziyyat elmləri doktoru, professor, Azərbaycan SSR EA müxbir üzvü. Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabrın 25-də, indiki Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur. […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında 18 dekabr 2019-cu il tarixində saat 1000-da görkəmli alim və müəllim fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlunun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcəkdir. Məmməd Bayram oğlu 1939 –cu ildə  Gürcüstan SSR Marneuli rayonun Əzizkənd kəndində kolxozçu ailəsində anadan olmuşdur. Atası Bayramov Bayram Böyük Vətən müharibəsində […]

AMEA və TÜBİTAK birgə müsabiqə elan edir

Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün layihə müsabiqəsi elan edilir. Müsabiqə 11 dekabr 2019 cu il tarixindən 6 mart 2020-ci il tarixinə qədər qüvvədədir. Layihə təklifləri Türkiyə və Azərbaycandan olan tərəfdaş […]

ELAN

13.12.2019-cu il saat 14:00-da “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cisim mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir. Seminarda aparıcı elmi işçi Minəvər Vaqif qızı Mir-Səlim-zadə “Deşikli və çatları olan stringerli lövhənin gərginlik vəziyyətinin minimuma endirilməsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə sərhədsiz izotrop stringerli iki düzxətli çatla zəiflədilmiş lövhənin, deşiyin konturunda gərginlik vəziyyətinin minimuma endirilməsi məsələsinə baxılacaqdır. […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər