Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

13 mart 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Ümuminstitut seminarda professor H.M.Hüseynov “Kəsilən əmsallı Dirak tənliklər sistemi üçün səpilmənin düz və tərs məsələləri” mövzusu ilə məruzə edəcək. Məruzədə əmsallarında baxılan parca daxilində kəsilməyə malik olan çoxölçülü Dirak sistemlərinə baxılır . Məsələnin spektral […]

ELAN

06 mart 2024-cü il tarixində saat 10-00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Diskret Hardi operatorunun çəkili və diskret dəyişən üstlü Lebeq fəzasında məhdudluğu və kompaktlığı haqqında” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə diskret Hardi operatoru üçün çəkili və diskret […]

ELAN

Hörmətli həmkarlar ! 7 mart 2024-cü il tarixində saat 11:00–da AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə 8 Mart Qadınlar Gününə həsr olunan  tədbir keçiriləcək. Tədbirdə Azərbaycan kino, teatr və dublyaj aktrisası,televiziya aparıcısı, Azərbaycanın xalq artisti,Azərbaycan Respublikası Prezidentinin fərdi  təqaüdçüsi, dosent Həmidə Ömərova iştirak […]

ELAN

23 fevral 2024-cü il tarixində saat 12:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Deformasiya olunan bərk cisim mexanikası” və “Tətbiqi riyaziyyat” şöbələrinin birgə iclasında Eldar Mehdi oğlu Abbasovun “Neftqazçıxarma proseslərində heterogen mayelərinin tətbiqinin reokinetik əsaslarının işlənməsi” mövzusunda 2525.01 – “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisasında texnika elmləri doktoru elmi […]

ELAN

28 fevral 2024-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n., dosent Niyazi Ələddin oğlu İlyasov “Lp(T) fəzalarında periodik funksiyaların approksimasiya nəzəriyyəsinin bəzi bərabərsizliklərinin eynigüclülüyü haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə bir əsas qiymətləndirmədən istifadə edərək 2-periodik funksiyaların approksimasiya nəzəriyyəsinin müxtəlif məlum bərabərsizliklərinin (düz və tərs teoremlər) doğruluğunu və eynigüclülüyünü göstərməyə […]

ELAN

Hörmətli həmkarlar! 28 fevral 2024-ci il tarixində saat 15:00-da Institutun Akt  zalında ETN Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri dosent  İradə Mirzəzadənin hesabat seçki iclası keçiriləcək.Əməkdaşların iştirakı mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər