Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

11.07.2019-cu il saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda Moskva İdarəetmə Problemləri İnstitutunun professoru  Boris Teodoroviç Polyak “Optimizasiya problemləri və onların həllinin vəziyyəti” mövzusunda məruzə edəcəkdir. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Akademik Blaqovest Xrista Sendov “Kompleks çoxhədlilər üçün ekstremal məsələlər” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Bolqarıstan Riyaziyyat və İnformatika İnstitutunun akademiki Blaqovest Xrista Sendov “Kompleks çoxhədlilər üçün ekstremal məsələlər” mövzusunda məruzə edib. Məruzə kompleks çoxhədlilər üçün ekstremal məsələlərin həllərinin araşdırılmasına həsr olunub. Bunun üçün ilk əvvəl çoxhədlinin apolyarlıq anlayışından və klassik Qreys teoremindən istifadə edilərək, çoxhədlinin lokusu anlayışı […]

E L A N

19.06.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında Bolqarıstan Riyaziyyat və İnformatika İnstitutunun akademiki Blaqovest Xrista Sendov «Kompleks çoxhədlilər üçün ekstremal məsələlər» mövzusunda məruzə edəcəkdir. Məruzə kompleks çoxhədlilər üçün ekstremal məsələlərin həllərinin araşdırılmasına həsr olunacaq. Bunun üçün ilk əvvəl çoxhədlinin apolyarlıq anlayışından və klassik Qreys teremindən istifadə edilərək, çoxhədlinin lokusu anlayışı daxil edilir. Lokusların bir sıra xassələri […]

“Spektral parametr həm tənliyə, həm də sərhəd şərtinə daxil olan spektral məsələ” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, professor Nigar Aslanova “Spektral parametr həm tənliyə, həm də sərhəd şərtinə daxil olan spektral məsələ” mövzusunda məruzə edib. Məruzədə ikinci tərtib operator diferensial tənlik üçün spektral parametrin rasional funksiyası sərhəd şərtinə daxil olan məsələdən danışılıb. Bu […]

E L A N

12 iyun 2019-cu il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Diferensial tənliklər” şöbəsinin əməkdaşı prof. Aslanova Nigar Məhər qızı “Spektral parametr həm tənliyə, həm də sərhəd şərtinə daxil olan spektral məsələ haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə ikinci tərtib operator diferensial tənlik üçün spektral parametrin rasional funksiyası sərhəd şərtinə daxil olan məsələdən danışılacaqdır. Bu tip məsələlərlə bağlı […]

“Marsinkeviç inteqral operatorun ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Marsinkeviç inteqral operatorun ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda məruzə edib. Məruzədə Marsinkeviç inteqral operatorun ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər