Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

24.05.2019-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin magistrantlarının dissertasiya işlərinin müzakirələri aparılacaqdır. 1) Fidan Əlizadə “Heyzenberq qruplarında təyin olunmuş maksimal və kəsr-maksimal operatorların Morri tipli fəzalarda məhdudluğu və bəzi tətbiqləri”; 2) Dünya Əliyeva “Hausdorf operatorunun Lebeq tipli fəzalarda məhdudluğu və kompaktlığı”; 3) Elvin Sadıqov […]

E L A N

24 may 2019-cu il, saat 13:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarında şöbənin magistrantı Aişən Veyis qızı Məmmədovanın “Elliptik-parabolik tənliklər üçün bir sərhəd məsələsinin həlli” mövzusunda çıxışı olacaqdır. Çıxışda elliptik-parabolik tənliklər üçün bir sərhəd məsəsləsinin həlli haqqında danışılacaq. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Funksiyaların Banax fəzaları (Orliç fəzaları). Riman sərhəd məsələləri. Bazislik məsələlərinə tətbiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov “Funksiyaların Banax fəzaları (Orliç fəzaları). Riman sərhəd məsələləri. Bazislik məsələlərinə tətbiqi” mövzusunda məruzə edib. Məruzədə bazislik məsələlərinin öyrənilməsi üçün Riman sərhəd məsələsi metodunun mahiyyətindən bəhs edilib. Funksiyaların yeni Banax fəzalarında müəyyən sistemlərin […]

E L A N

22.05.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, professor Bilal Telman oğlu Bilalov “Funksiyaların Banax fəzaları (Orliç fəzaları). Riman sərhəd məsələləri. Bazislik məsələlərinə tətbiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə bazislik məsələlərinin öyrənilməsi üçün Riman sərhəd məsələsi metodunun mahiyyətindən bəhs edilir. Funksiyaların yeni Banax fəzalarında müəyyən sistemlərin (məs. […]

“Proyeksiya–şəbəkə üsulları ilə bəzi sinif səth üzrə inteqral tənliklərin həllinin tədqiqi” mövzusunda seminar keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun  “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Elnur Həsən oğlu Xəlilov “Proyeksiya–şəbəkə üsulları ilə bəzi sinif səth üzrə inteqral tənliklərin həllinin tədqiqi” mövzusunda məruzə edib. Məruzədə səth üzrə bəzi sinif […]

“Optimal idarəetmə nəzəriyyəsində Pontryaginin maksimum prinsipinin bəzi ümumiləşmələri” mövzusunda seminar keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda riyaziyyat üzrə elmlər doktoru, dosent Şakir Yusubov “Optimal idarəetmə nəzəriyyəsində Pontryaginin maksimum prinsipinin bəzi ümumiləşmələri” mövzusunda məruzə edib. Məruzədə Pontryaginin məlum maksimum prinsipinin gücləndirilməsi və ümumiləşməsi istiqamətində bəzi nəticələr şərh olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər