03/02/2014
AMEA RMİ GAMŞ-nın sədri, dosent Famil Seyfullayev 151 saylı orta məktəbin qonağı olub |
24 aprel 2019-cu il |
24.04.2019-cu il tarixində AMEA RMİ GAMŞ-nın sədri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Seyfullayev 151 saylı orta məktəbin qonağı olub. Görüş zamanı AMEA Riyaziyyat və Mexanika İnstitutu ilə məktəbin “ Kiçik Akademiaya “-sı arasında cari tədris ilində birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyət planı müzakirə olunub. Fəaliyyət Planında aşağıdakı bəndlər yer alır:
|
AMEA-nın professorlarının Koordinasiya şurası ilə Gənc Alim və Mütəxəssislər Şurasının birgə iclası keçirilib |
28 yanvar 2019-cu il |
Yanvarın 28-də Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın professorlarının Koordinasiya şurası və həmin qurumun Gənc Alim və Mütəxəssislər Şurasının İdarə heyətinin üzvlərinin iştirakı ilə iclas keçirilib. Görüşün məqsədini 2019-cu il üzrə nəzərdə tutulan fəaliyyətdə müştərəkliyin təmin olunması, o cümlədən AMEA-da və respublikanın digər ali təhsil müəssisələrində elmi fəaliyyət göstərən əməkdaşların və həmçinin gənclərin fəaliyyətində məhsuldarlığın artırılması təşkil edib. İclası koordinasiya şurasının sədri, riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru Rövşən Bəndəliyev açaraq təmsil etdiyi təşkilatın 2019-cu il üzrə nəzərdə tutulan fəaliyyəti, həmçinin AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə müştərək layihələr haqqında məlumat verib. Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov rəhbərlik etdiyi gənclər birliyinin bu ilki fəaliyyət planından bəhs edib. O, fevral ayında keçiriləcək “Gənc bioloqların qışı məktəbi ‒ 2019”, ümumrespublika müəssisələrində ilboyu təşkil olunacaq elmi seminarlara və s. nəzərdə tutulan layihələrə AMEA-nın professorlarının Koordinasiya şurasının da cəlb olunmasının faydalı olacağını vurğulayıb. Geniş müzakirələrlə yadda qalan iclasda birgə fəaliyyətlə bağlı bir sıra mühüm qərarlar qəbul edilib. |
|
AMEA Riyaziyyat və Mexanika İnstitutu 162 saylı məktəbin “Kiçik Akademiya”sı ilə əməkdaşlıq edəcək |
18 yanvar 2019-cu il |
AMEA Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Seyfullayev və məsul katibi elmi işçi Aida Quliyeva E.Əliyev adına 162 saylı orta məktəbdə görüş keçiriblər. Məktəbin direktoru Sevinc Abbasova rəhbərlik etdiyi qurumda yaradılan “Kiçik Akademiya”nın fəaliyyət istiqamətləri, orada həyata keçirilən tədbirlər və gələcək perspektiv planlar haqqında qonaqlara məlumat verib. Görüş zamanı AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə məktəbin “Kiçik Akademiya”sı arasında cari tədris ilində birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyət planı müzakirə olundu. Fəaliyyət Planında aşağıdakı bəndlər yer alır: 1. İnstitutun əməkdaşları tərəfindən texniki təmayüllü XI siniflərdə çətin qavranılan mövzular üzrə riyaziyyat dərslərinin tədrisi; 2. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda məktəbin riyaziyyat müəllimlərinin və texniki təmayüllü X-XI siniflərdə seminarların təşkili; 3. 5-6-cı siniflər arasında “Məntiqlə düşün” bilik yarışının keçirilməsi; 4. Veb proqramlaşdırma seminarlarını keçirilməsi (saytın yaradılması və idarə olunması); 5. Texniki elmlərlə bağlı məqalələrin təqdimatı müsabiqəsi; 6. VI siniflərdə məntiq dərslərinin təşkili. Yuxarıda sadalananlarla yanaşı hər iki təhsil müəssisəsi arasında müştərək yay məktəbinin təşkil olunması məsələsi də müzakirə mövzusu oldu. Fəaliyyət Planının icrasına 2-ci yarımildən başlanılması nəzərdə tutulmuşdur. Məlumat üçün qeyd edək ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə məktəbimizin qarşılıqlı əlaqəsi artıq iki ildir ki, mövcuddur və şagirdlərin texniki fənlərə istiqamətlənməsinə şərait yaradır. |
|
Gənc alimlər Heydelberq Universitetində məruzə ilə çıxış ediblər |
13 oktyabr 2017-ci il |
AMEA Riyaziyyat və Mexanika İnstitutunun gənc alimləri “Qeyri harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dos.Səbinə Sadıqova və “Hesablama riyaziyyatı və informatika” şöbəsinin elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Aynurə Cəfərova 2-6 oktyabr tarixlərində Almaniyanın Heydelberq Universitetinin Elmi hesablamalar üzrə Beynəlxalq Fənlərarası Mərkəzində (IWR) keçirilən “Kvant kimyasında riyazi metodlar” adlı konfransda iştirak etmişlər. Qeyd edək ki, hər iki alim Heydelberq Universiteti tərəfindən rəsmi dəvət olunmuşlar. |
|
“XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin Beynəlxalq Forumu |
11-12 oktyabr 2016-cı il |
11 və 12 oktyabr 2016-cı il tarixlərində “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin Beynəlxalq Forumu çərçivəsində elmi seksiyalar keçirilib. Gəncə Dövlət Universiteti, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı, AMEA Gəncə Bölməsi və sair yerlərdə ”Üzvi, qeyri-üzvi sintez və tətbiqi kimya”, ”Qlobal enerji, ərzaq və ekoloji təhlükəsizlik”, ”Regional inkişaf və demoqrafiya, ”Elmi-tarixi, dini və mədəni sivilizasiyalar, ”Nanotexnologiya və tətbiqi fizika”, ”Elektronik riyazi tədqiqatlar və innovasiyalar” ve ”Biotexnologiya və gen mühəndisliyi” panel mövzularda təşkıl olunan müzakirələrdə 150-yə yaxın gənc alim və mütəxəssislərin məruzələri dinlənilmişdir. |
|
Məktəblilər arasında “Gələcəyin tədqiqatçıları” adlı yeni müsabiqəyə start verildi |
17 dekabr 2015-cü il |
17.12.2015 tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü və Radiasiya Problemləri İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu Gənc Alim və Mütəxəssislər Şuralarının birgə təşkilatçılığı ilə Nərimanov rayonu S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdləri arasında AMEA-nın 70 illik yubileyinə həsr olunmuş «Gələcəyin tədqiqatçıları» müsabiqəsi çərçivəsində tədbir keçrildi. Məktəbin direktoru Xuraman Osmanova qonaqları salamlayaraq, Akademiya gənc alimlərinin bu təşəbbüsünü yüksək qiymətləndirdi və məktəb yaşlarında istedadlı şagirdlərin elmə həvəsləndirilməsi üçün belə müsabiqələri məqsədəuyğun hesab etdi. Təqdimatda çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov qeyd etdi ki, rəhbərlik etdiyi qurum istər ali, istərsə də orta məktəblərdə tələbə, magistr və şagirdlər arasında elmin təbliginə böyük önəm verir və artıq 2 ildir ki, bu istiqamətdə bir sıra qeyri-ənənəvi layihələr həyata keçrilir. O, nümunə olaraq “Bu günün şagirdi, sabahın alimi”, “Riyazi məntiqlə düşün”, “Əyləncəli və öyrədici elm” və sair layihələrinin məhz, Bakı və regon orta məktəblərində reallaşdırıldığını vurğuladı. F.Salmanov yuxarıda adı çəkilən müsabiqənin də şagirdlərdə elmə əlavə maraq oyadacağını əminliklə ifadə etdi. |
|
Riyaziyyat və Mexanika İnstitutunun üç gənc alimi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun həyata keçirdiyi 3-cü qrant müsabiqəsinin qalibi olmuşlar |
29 oktyabr 2015-cü il |
12 oktyabrda Azərbaycan Respublikasinin Prezidenti Yaninda Elmin İnkişafi Fondunun dəstəyi hesabına həyata keçirilmiş Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin nəticələri elan olunub. AMEA Riyaziyyat və Mexanika İnstitutunun 3 gənc alimi Qeyri-harmonik analiz şöbəsinin böyük elmi işçiləri Hüseynli Əli Abbas oğlu, Şükürov Aydın Şükür oğlu və həmin şöbənin kiçik elmi işçisi Nəsibova Natəvan Polad qızı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin qalibləri olmuşlar. Gənc alimlerimizi təbrik edir, onlara daha böyük nailiyyətlər arzulayırıq. |
|
Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirildi |
05 iyul 2015-cü il |
08.07.2015-ci il tarixində saat 11:00-da AMEA RMİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirildi. Öncə iclasda GAMŞ-nın tərkibi müzakirə olunaraq səsə qoyuldu və Emin Bağırov ictimai işlər üzrə sədr müavini, Aida Quliyeva isə elmi işlər üzrə sədr müavini seçildi. Daha sonra sədr Famil Seyfullayev AMEA RMİ-nin 2015-ci il üzrə Fəaliyyət Planının icra vəziyyəti, eləcə də Şuraya üzv olan gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması məqsədi ilə bir sıra həvəsləndirici tədbirlər: konfranslar, layihələr, yay məktəbləri, qış məktəbləri, regionlarda elmin təbliğinin həyata keçirilməsindən danışdı. |
|
İsmayıllıda AMEA Riyaziyyat və Mexanika İnstitunun gənc alimlərinin də təşkilatçısı olduğu məktəblərarası olimpiada keçirilib |
AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə İsmayıllı rayonu üzrə məktəblilər arasında “Riyazi məntiq” adlı olimpiada keçirilib. Bilik müsabiqəsində, rayonun Icra Hakimiyyətinin nümayəndələri, təşkilatçıların təmsilçiləri kimi Riyaziyyat və Mexanika İnstitunun gənc alimləri, rayonun şəhər və kənd orta təhsil ocaqlarının şagirdləri iştirak edirdiblər.
Şəhərin 5 saylı orta məktəbində baş tutan olimpiadanı giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov tədbir iştirakçılarını və təşkilatçıları salamlayaraq, müsabiqə haqqında təəssüratlarını bildirib. Növbəti çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə, dosent Famin Salmanov təmsil etdiyi elmi qurumun gələcək elm və kadr siyasətindən danşıb. O, olimpiadanın təşkili və keçirilməsini bu siyasətin tərkib hissəsi kimi qiymətləndirib. Riyaziyyat və Mexanika İnstitunun gənc alimləri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Seyfullayev, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Zaman Səfərov, riyaziyyat üzrə fəlsəfə doktoru Lalə Əliyeva, mühəndis proqramlaşdırıcı Xumar Məhərrəmova tərəfindən hazırlanan olimpiada suallarının gələcəyin alimlərinin riyaziyyat fənnindən məntiqinin qiymətləndirilməsi və onların hazırlığına verə biləcəyi töhfədən də danışıb. Müsabiqənin açılışında, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi, İsmayıllı şəhər 5 saylı tam orta məktəbin direktoru Elçin Məmmədov və Fondun “İnformasiya Təminatı” sektorunun müdiri, filologiya üzrə fəlsəfə doktoru Xatirə Hüseynova çıxış edib. Çıxışlardan sonra müsabiqəyə start verilib. Əvvəlcədən müəyyənləşdirilən formata uyğun olaraq olimpiada üç mərhələdə keçirilib və institutun alimlərindən təşkil olunmuş “Münsiflər heyəti” tərəfindən məktəblilərin nəticələri qiymətləndirilib. Müsabiqə 1 saylı tam orta məktəbin şagirdlərinin 1-ci yer, 5 saylı tam orta məktəbin şagirdlərinin 2-ci yer və Təzəkənd tam orta məktəbin şagirdlərinin 3-cü yer tutması ilə nəticələnib. Təşkilatçılar tərəfindən qaliblərə və iştirakçılara müvafiq hədiyyə, diplom və sertifikatlar verilib. |
|
Bakıda “Əsrin müqaviləsi”-nin 20 illiyinə həsr olunmuş AMEA Gənc Alim və Mütəxəssislərinin I Elmi Konfransı keçirilib |
16 oktyabr 2014-cü il |
15-16 oktyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyası və SOCAR-ın Elm Fondunun dəstəyilə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Yer, Texnika və Kimya Elmləri Bölmələri tərəfindən “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş “Fundamental və tətbiqi elmlərin (yer, texnika, kimya elmləri) müasir aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin I Beynəlxalq Elmi Konfransı keçirib. Konfransda dünyanın müxtəlif qitələrini təmsil edən 30 ölkədən 400-ə yaxın çox gənc alim və tədqiqatçı iştirak edib. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Texnika Elmləri Bölməsinə daxil olan Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Seyfullayev da konfransın təşkili və keçirilməsində məsul şəxslərdən olmuşdur. Bundan başqa, konfrasın “Texnika seksiyası”nda İnstitutun gənc alim və mütəxəssislərindən Afaq İsmayılova,Səbinə Sadıqova,Fətai İsayev,Aygün Orucovanın elmi-tədqiqat işlərinə dair məruzələr dinlənilmiş və onların nəticələri konfrans materialları şəklində nəşr olunmuşdur. Şura sədri Famil Seyfullayevin verdiyi məlumata görə belə beynəlxalq statuslu elmi tədbirlərin keçirilməsi ölkə gəncləri, o cümlədən İnstitutun gənc tədqiqatçıları üçün yeni imkanlar yaradır. Onlar elmi işlərinin nəticələrini daha böyük miqyasda müzakirə etmək və dünyada mövcud olan ən son elmi yanaşmaları mənimsəməklə gələcək tədqiqatlarında onların tətbiqinə nail ola bilirlər. Belə tədbirlər, həmçinin Azərbaycan gənclərinin xarici həmkarları ilə şərikli tədqiqat aparması üçün yeni perspektivlər açır. |
|
Riyaziyyat və Mexanika İnstitutunun komandası AMEA-nın institutlararası I futbol çempionatında iştirak edib |
08 oktyabr 2014-cü il |
8 oktyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) yeni təşəbbüsü olan “AMEA-nın Gənc Alim və Mütəxəssislərinin institutlararası I futbol çempionatı” start götürüb. Çempionat, AMEA-nın İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının təşkilatı dəstyəyiilə keçirilib. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri,riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Seyfullayevin məlumatına görə idman marafonunda Akademiyanın 16 İnstitutunu təmsil edən və gənclərdən ibarət komandalar 4 qrupda yarışıblar. Riyaziyyat və Mexanika İnstitutunun komandasının qrupdakı rəqibləri Akad. H. Əliyev adına Coğrafiya İnstitutu ,Memarlıq və İncəsənət İnstitutu və AMEA-nın Rəyasət Heyətinin komandaları olmuş və komandamız qrup oyunlarının hamısında qələbə qazanmaqla maksimum nəticə göstərmişdir. Çempionatın 1/4 mərhələsində komandamız Geologiya və Geofizika İnstitutunun komadası ilə görüşmüşdür. Gərgin idman mübarizəs ilə yadda qalan oyunun sonunda qalib tərəf ikincilər olmuşdur. Çempionatda komandamızın əzimkar oyununu xüsusi qiymətləndirən və təşkilatçılar bizə simvolik hədiyyə kimi kubok da veriblər. |
|
AMEA Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Lənkəranda məktəblilərlə 28 May-Respublika Gününə həsr olunmuş “Məntiqlə düşün” devizi altında bilik yarışması keçirmişdir. |
03 iyun 2013-cü il |
“MƏNTİQLƏ DÜŞÜN” DEVİZI ALTINDA BİLİK YARIŞMASI LƏNKƏRAN ŞƏHƏRİNDƏ Azərbaycan Milli Elmlər AkademiyasıNIN (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Lənkəranda məktəblilərlə 28 May-Respublika Gününə həsr olunmuş “Məntiqlə düşün” devizi altında bilik yarışması keçirmişdir. Əvvəlcə Lənkəranda Heydər Əliyev Mərkəzini ziyarət edən institutun gənc alimləri Ümummilli Liderin ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə bir daha tanış olmuşlar. |
|
AMEA Riyaziyyat və Mexanika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirilmişdir. |
20 noyabr 2013-cü il |
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi. AMEA Riyaziyyat və Mexanika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının üzvləri:
|
|
AMEA-nın RMİ-nun Gənc Alimlər Şurası 2004-cü ildə AMEA-nın Gənc Alimlər Şurası tərəfindən təsis edilmişdir; 2004-2009-cu illər ərzində RMİ-nun Gənc Alimlər Şurasının sədri Mübariz Hacıyev olmuşdur; 2009-2012-ci illər ərzində RMİ-nun Gənc Alimlər Şurasının sədri Rövşən Bəndəliyev olmuşdur; 2012-ci ilin sentyabr tarixindən etibarən isə RMİ-nun Gənc Alimlər Şurasının sədri vəzifəsinə Famil Seyfullayev seçilmişdir; AMEA-nın RMİ-nun Gənc Alimlər Şurasının üzvləri:
AMEA-nın RMİ-nun Gənc Alimlər Şurası təsis edildiyi ilk vaxtlardan etibarən bir sıra beynəlxalq və yerli tədbirlərdə fəal iştirak etmişdir: – Gənc Alimlərin II İnnovativ İdeya Yarmarkası – 25-30 iyul 2012-ci il; – 1 saylı körpələr evini ziyarət – 26 oktyabr 2012-ci il; – Gənc Alimlərin Elmi sərgisi (Bakı Expo Mərkəzi) – noyabr 2012-ci il;
|