Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Sağlam həyat tərzi yaddaş itkisini ləngidir

Çinin CGTN kanalında yer alan xəbərə görə, Çin Milli Psixi və Nevroloji Xəstəliklər Mərkəzi və digər tibb elmləri institutlarının tədqiqatçıları normal koqnitiv qabiliyyətə malik, 49 faizi 60 yaşdan yuxarı qadın olan 29 min adamı 10 il ərzində müşahidə ediblər. 2009-cu ildə tədqiqatın başlanğıcında iştirakçılar müxtəlif yaddaş funksiyaları və Alzheimer xəstəliyi üçün sınaqdan keçirilib. Testlər iştirakçıların […]

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirakına dair məlumat yer alıb. Bundan əlavə, Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Türkiyəyə göndərilən növbəti humanitar yardım, “Ömür kitabının hər səhifəsi parlaq […]

“Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib

Fevralın 16-da Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə təşkil etdiyi “Effektiv kommunikasiya” mövzusunda təlim-seminar keçirilib. Təlim-seminarın keçirilməsində əsas məqsəd elmi və ali təhsil müəssisələrinin sosial media hesablarının təhlili, kommunikasiya alətlərindən düzgün istifadə, kommunikasiyanın təşkili və digər istiqamətlərlə bağlı bilik, bacarıqları təkmilləşdirmək, media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsinə töhfə verməkdir. Təlim-seminarda AMEA-nın nazirliyin […]

Bəşər tarixində ən varlı insanın adı açıqlanıb

Alimlər ictimaiyyətə orta əsrlərə aid “Kataloniya atlası” əlyazmasını təqdim ediblər. “Live Science”ın məlumatına görə, əlyazmada Yerin mərkəzində tarixdə ən varlı insan təsvir edilib. XIV əsrə aid nadir atlas ABŞ-ın Şimal-Qərb Universitetinin İncəsənət Muzeyində açılan sərgidə təqdim edilib. 1375-ci ildə Aralıq dənizinin Mayorka adasında tərtib edilən xəritədə Afrikanın orta əsrlərdə nəhəng sərvətindən və nüfuzundan danışılır. Xəritədə […]

“Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., dosent İbrahimov Elman Cavanşir oğlu “Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiya və kəsr inteqral operatorlar üçün güclü və zəif tipli bərabərsizliklər” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., dosent İbrahimov Elman Cavanşir oğlu “Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiya və kəsr inteqral operatorlar üçün güclü və zəif tipli bərabərsizliklər” mövzusunda məruzə etdi. Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiya və kəsr inteqral operatorlar […]

AMEA-nın Ümumi yığıncağının gündəliyi təsdiqlənib

Fevralın 14-də AMEA Rəyasət Heyətinin iclasında Akademiyanın Ümumi yığıncağına hazırlıq barədə məsələ müzakirə edilib. Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın tarixində ilk dəfə olaraq keçmiş SSRİ Elmlər Akademiyasından qalan Ümumi yığıncaqların aprel ayında keçirilməsi ənənəsi ləğv olunub və Rəyasət Heyətinin qərarı ilə Akademiyanın bu il Ümumi yığıncağının mart […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər