Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunda aparılan elmi-tədqiqat işlərinin nəticələri sərgidə nümayiş etdirilib

Yanvarın 18-də AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclası  keçirilib. İnformasiya Texnologiyaları İnstitutunda keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini, fizika elmləri doktoru, dosent Sakin Cabarov, Elm və Təhsil nazirinin […]

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı nəşr edilib. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin AMEA əməkdaşlarının, elmi işçilərin, doktorant və magistrantların, təqaüdçü alimlərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması haqqında Fərman və sərəncamları yer alıb. Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, “Kitabi-Dədə Qorqud” eposunun urdu dilində təqdimatının Pakistan mətbuatında işıqlandırılması, AMEA-nın prezidentinin Lənkəran […]

Riyaziyyat və Mexanika İnstitutunun magistrantları imtahan veriblər

18 yanvar tarixlərində Riyaziyyat və Mexanika İnstitutunda “Riyazi analiz”, “Diferensial tənliklər” ixtisasları üzrə magistr pilləsində təhsil alan II kurs tələbələri üçün “Banax-Hardi sinifləri. Bazislik məsələlərində sərhəd məsələsi  metodu”, “Daxiletmə teoremləri və onların tətbiqlər” fənnlərindən imtahanlar keçirilib. Keçirilmiş imtahanlar uğurla başa çatıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Depressiyanı müalicə etmək üçün dünyada ilk beyin implantı yaradılıb

Inner Cosmos neyrotexnoloji şirkəti depressiya müalicəsi aparatının ilk xəstənin beyninə uğurla qoşulduğunu açıqladı. Inner Cosmos “rəqəmsal həb” iki hissədən ibarətdir: kəllə sümüyünün içərisinə yerləşdirilən elektrod və başın kənarına bərkidilmiş kapsul. İmplantasiya əməliyyatı ambulator şəraitdə cəmi 30 dəqiqə davam edir. İmplant gündə bir dəfə 15 dəqiqə ərzində beynin depressiyaya uğramış sahəsinə – sol dorsolateral prefrontal korteksə […]

ABŞ-da süni zəka sisteminin iştirakı ilə məhkəmə prosesi keçiriləcək

Gələn ay ABŞ məhkəmələrindən birində keçiriləcək məhkəmə dinlənilməsi çərçivəsində günahlandırılan şəxs yol hərəkəti qaydalarının pozulması səbəbilə təyin edilmiş cərimənin ləğv edilməsinə cəhd göstərəcək. Bu məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, bu yolda ona süni zəka sistemi kömək edəcək. Bu layihə barəsində məlumatı DoNotPay adlı şirkətin rəhbəri Joshua Browder təqdim edib. Onun sözlərinə əsasən söhbət, süni zəka alqoritmləri vasitəsilə çalışan mobil […]

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin müəllifi olduğu məqalə çap olunub. Məqalə “Journal of Mathematical Inequalities” (http://files.ele-math.com/articles/jmi-16-98.pdf) 1.145  yüksək impakt faktorlu  «Clarivate Analytics» Q2 kateqriyalı jurnalda dərc edilib. “Total Morri fəzalarında maksimal kommutator və maksimal funksiyanın kommutatoru”  adlı məqalədə Morri fəzalarının total Morri fəzaları adlanan yeni variantı […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər