Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ali riyaziyyat kafedrasının professoru, r.e.d. N.M. Aslanova “Dördüncütərtib diferensial-operator tənlik üçün bəzi spektral məsələlər” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ali riyaziyyat kafedrasının professoru, r.e.d. N.M. Aslanova “Dördüncütərtib diferensial-operator tənlik üçün bəzi spektral məsələlər” mövzusunda məruzə etdi. Məruzədə dördüncü tərtib diferensial operator tənlik üçün bəzi sərhəd məsələlərinə uyğun fəzadan çıxmaqla simmetrik operator təyin edilir və onun genişlənmələrinin […]

Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin Təşkilat Komitəsinin ilk iclası olub

Yanvarın 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə 2023-cü il 2-6 oktyabr tarixlərində Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib. İclası açan Təşkilat Komitəsinin sədri Ə.Əsədov ilk dəfə 1950-ci ildə Paris şəhərində keçirilmiş konqresin dünyada kosmik sahə üzrə ən nüfuzlu […]

AMEA-da “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib

Yanvarın 10-da AMEA Rəyasət Heyətinin Böyük zalında Azərbaycan Milli Elmlər Akademiyasının və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən büstü önünə tər güllər düzülüb. Sonra AMEA alimlərinin müəllifliyi ilə nəşr […]

AMEA-nın magistraturasında qış imtahan sessiyası keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin 21 dekabr 2022-ci il tarixli “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən qış imtahan sessiyasının 2023-cü il yanvar ayının 5-dən fevral ayının 2-dək keçirilməsi nəzərdə tutulub. İmtahanlar qüvvədə olan normativ hüquqi sənədlərə və təlimatlara uyğun həyata keçirilir, bütün zəruri təşkilati və texniki tədbirlər görülüb, […]

Görkəmli riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, profesor  Bilal Telman oğlu Bilalovun 60 yaşı tamam olur.

Bilal Telman oğlu Bilalov 02 yanvar 1963-cü ildə Azərbaycan Respublikası Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1986-cı ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tətbiqi riyaziyyat fakültəsini bitirmiş, 1986-1989-cu illərdə MDU-nun əyani aspirant olmuş, 1989-cu ildə akademik Y.İ.Moiseyevin rəhbərliyi ilə “Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi” mövzusunda MDU-da namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 1990-1993-cü […]

Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edirlər

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər