Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

4 noyabr 2022-ci il AMEA Riyaziyyat və  Mexanika  İnstitutunun  Həmkarlar İttifaqının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov çıxışında Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edildiyi tarix-8 noyabr ölkəmizdə Zəfər Günü kimi […]

Riyaziyyat və Mexanika İnstitutunun şöbələri hesabat verib

АМЕА Riyaziyyat və Mexanika Institutunun şöbələri 2022–ci il üzrə elmi və elmi-təşkilatı fəaliyyəti haqqında hesabat veriblər. Gündəliyə uyğun olaraq 2022-ci ildə tamamlanmış elmi-tədqiqat işləri üzrə hesabatların müzakirəsi aparılıb. İnstitutunun «Riyazi fizika tənlikləri» şöbəsi f-r.e.n. Əbdürrəhim Quliyev, “Kompüter texnologiyaları və riyazi statistika” şöbəsi dosent Həsən Nağıyevin hesabatları  dinlənilib.  Hesabat qənaətbəxş hesab edilib. Sonda mövzu ətrafında müzakirələr aparılıb. © Bütün hüquqlar qorunur. […]

“Funksional analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Nəbiyev  İbrahim Mayıl oğlu “Diferensial operatorun spektr və işarələr ardıcıllığı üzrə bərpası”  mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Nəbiyev  İbrahim Mayıl oğlu “Diferensial operatorun spektr və işarələr ardıcıllığı üzrə bərpası” mövzusunda məruzə edəcəkdir. Məruzədə  ayrılmayan sərhəd şərtlərinin birində spektral parametrin xətti funksiyası iştirak edən halda  Şturm-Liuvil operatorunun bərpası  haqqında son elmi nəticələr […]

Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

1 noyabr 2022-ci il tarixində Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası institutun baş direktoru, Elmi şuranın sədri AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Gündəliyə uyğun olaraq 2022-ci ildə tamamlanmış elmi-tədqiqat işləri üzrə hesabatların müzakirəsi aparılıb. “Funksiyalar nəzəriyyəsi” şöbəsi r.e.d. Vüqar İsmayılov, “Maye […]

Dissertasiya şurasının növbəti iclası keçirilmişdir

AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 28 oktyabr 2022-ci il tarixli iclasında  saat 1400-da Aydın Şükür oğlu Şükürovun 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi […]

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı nəşr edilib. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Gürcüstanın təhsil və elm nazirini, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul etməsi və “İ.Ə.Həbibbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında” Sərəncamı yer alıb. Bundan əlavə, AMEA-nın Ümumi yığıncağı, görkəmli Azərbaycan şairi və dramaturqu […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər