Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

19 oktyabr 2022-ci il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov “Cırlaşan parabolik tənliklər üçün Harnak bərabərsizliyi və həllin Hölder mənada kəsilməzliyi haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə silindirlər ailəsində Makken Haupt tipli kafilik şərtini ödəyən yeni sinif II tərtib cırlaşan xətti parabolik tənliklər üçün Harnak bərabərsizliyi haqqında danışılıcaqdır. […]

Təhsilin inkişafında əsas amil – müəllim nüfuzu

Misir MƏRDANOV AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Müəllim nüfuzunun yüksəldilməsi məsələsi, hesab edirəm ki, üç əsas amildən asılıdır: müəllimin özündən, dövlət qayğısından və cəmiyyətin münasibətindən. Bu yazıda həmin amillərdən söhbət açılır, nüfuza təsir göstərən səbəblər şərh edilir, problemlərin aradan qaldırılması yollarına sistemli münasibət bildirilir, müəyyən təklif və mülahizələr irəli sürülür. […]

Kiçik elmi işçi Aytən Mövsümova “Mühitlə təmasda olan düzbucaqlı müstəvi və möhkəmləndirilmiş silindrik lövhələrin rəqsləri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Tətbiqi riyaziyyat” şöbəsinin əməkdaşı, kiçik elmi işçi Aytən Mövsümova “Mühitlə təmasda olan düzbucaqlı müstəvi və möhkəmləndirilmiş silindrik lövhələrin rəqsləri” mövzusunda məruzə etdi. İşdə özlü-elastiki mühitlə kontaktda olan anizotrop, qeyri-bircins düzbucaqlı müstəvi,  möhkələndirilmiş  düzbucaqlı profilli deşiklərlə zəiflədilməmiş və ya deşiklərlə zəiflədilmiş silindrik lövhələrin sərbəst rəqsləri […]

Professor Hidayət Hüseynov “II tərtib kəsilən əmsallı diferensial tənlik üçün səpilmənin düz və tərs məsələləri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında prof. Hidayət Hüseynov “II tərtib kəsilən əmsallı diferensial tənlik üçün səpilmənin düz və tərs məsələləri” mövzusunda məruzə etdi. Məruzədə bütün oxda impedans şəkilli kəsilən əmsallı diferensial tənlik üçün düz və tərs məsələlərə baxılır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Müəllim nüfuzu və ona təsir göstərən amillər

Misir MƏRDANOV AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Bundan əvvəlki məqalədə müəllimin cəmiyyətdəki rolundan, onun peşə xüsusiyyətlərindən, müdrik şəxsiyyətlərin müəllim sənətinə verdikləri yüksək dəyərlərdən və müəllimliyin digər məziyyətlərindən geniş söhbət açmışdıq. Təəssüf ki, bununla yanaşı, son dövrlərdə müəllim nüfuzunun aşağı düşməsi barədə bəzi mülahizələr səslənməkdədir. Hesab edirəm ki, bu fikirlərin müəyyən […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

7 oktyabr 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclasi keçirildi. İclasda Şərif Məmməd oğlu Nəsibovun «Sobolev berabərsizliklərində optimal sabitlər ve onların tətbiqləri» mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Pandemiya şərtlərinə uyğun keçirilən şurada iddiaçı Şərif Məmməd oğlu Nəsibov dissertasiya işini […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər