Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Bu gün “Planetlərin paradı” başlayır

Günəş sisteminin 5 planeti – Merkuri, Venera, Mars, Yupiter və Saturn Günəşdən eyni istiqamətdə bir düz xətt boyunca sıraya düzülüb. “Report” xəbər verir ki, “Planetlərin paradı” adlanan bu düzülüş olduqca maraqlı və bir o qədər də valehedici astronomik hadisədir. Təbiət hadisəsini müşahidə etmək üçün şimal yarımkürəsindən şərq və cənub-şərq istiqamətində, cənub yarımkürəsində isə şərq və şimal-şərq […]

“Elm” qəzetinin yeni sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Özbəkistan Respublikasına səfəri yer alıb. Bundan əlavə, “Azərbaycanın analitik kimya elminin ilk qadın akademiki: Rəfiqə Əliyeva”, “Qardaş Pakistan haqqında qiymətli əsər”, “Elmin nüfuzlu hamisi”, “Şərəfli yol” sərlövhəli məqalələr, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun Özbəkistan səfəri çərçivəsində […]

E L A N

AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 30 iyun 2022-ci il tarixli iclasında  saat 1400-da Atif Akif oğlu Namazovun “Diskret qeyri-xətti dinamik sistemlərə daxil olan parametrlərin təyini üçün proqram təminatının işlənməsi və tətbiqləri” mövzusunda 1214.01– Dinamik sistemlər və optimal […]

AMEA  Riyaziyyat və Mexanika İnstitutunun  II kurs magistrantları dissertasiya işlərini  uğurla müdafiə etmişdir

21 və 22 iyun  2022-ci il tarixlərində AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunda II kurs magistrantların “Riyazi analiz“, “Diferensial tənliklər” və  “Optimallaşdırma və optimal idarəetmə”, “Maye, qaz və plazma mexanikası” və  “Deformasiya olunan bərk cism mexanikası” ixtisasları üzrə 6 magistrlik dissertasiyasının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın iclası keçirilmişdir. İclasda  İxtisaslaşdırılmış Şuranın sədri, üzvləri və  müdafiə edən  magistrantlar  […]

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı Coşqun Cəfərov Azərbaycanda iqtisadiyyatın inkişaf tendensiyaları və bu problemin həllinə riyaziyyatn tətbiqləri mövzusunda məruzəsi edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı Coşqun Cəfərov Azərbaycanda iqtisadiyyatın inkişaf tendensiyaları və bu problemin həllinə riyaziyyatn tətbiqləri mövzusunda məruzəsi etdi. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Tətbiqi riyaziyyat” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Xasay İbrahim oğlu Musayev uzun sürən xəstəlikdən sonra 93 yaşında vəfat etmişdir

O, 1980-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Xüsusi Konstruktor Bürosunun Bakı filialında və Fizika İnstitutunun nəzdində fəaliyyət göstərən Xüsusi Konstruktor Bürosunda sektor müdiri vəzifəsində, 2003-cü ildən isə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Tətbiqi riyaziyyat” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışıb. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi və kollektivi iş yoldaşları Musayev Xasay İbrahim oğlunun vəfatı […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər