Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Aprelin 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti v.i.e, akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər. Tədbiri akademik Arif Həşimov giriş sözü ilə açaraq yığıncağın gündəliyi barədə məlumat verib. Əvvəlcə akademik Arif Həşimov akademik Şahin Mustafayevə 60, AMEA-nın müxbir üzvü Novruz Quliyevə və fizika-riyaziyyat üzrə fəlsəfə […]

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunun «Tətbiqi riyaziyyat», «Dalğa dinamikası» və «Deformasiya olunan bərk cisim mexanikası» şöbələrinin birgə iclasında 30.03.2022-сi il tarixində saat 12:00-da dosent Mahir Əliqulu oğlu Mehdiyevin  «İçi boş silindr və onu əhatə edən elastik mühitdən ibarət olan sistemə təsir edən hərəkətli və titrəyişli yükün dinamikası» mövzusunda 2002.01-«Deformasiya olunan bərk cisim mexanikası» ixtisasında mexanika […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi. İlk öncə 31 Mart Soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, akademiyanın müxbir üzvü, professor Misir Mərdanov tədbirdə çıxış edərək, xalqımızın tarixinə […]

Professor Ramiz Aslanovu 75 yaşı münasibətilə təbrik edirik!

Ramiz Mütəllim oğlu Aslanov 1947-ci il martın 26–da Azərbaycan Respublikasının Daşkəsən rayonunun Muşavaq kəndində anadan olmuşdur. 1968-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) riyaziyyat ixtisası üzrə Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin ildən İnstitutda müəllim, kafedra müdiri, İnstitutun qiyabi şöbəsi üzrə prorektor vəzifələrində işləmişdir. 1995-ci ildə Moskva Dövlət Pedaqoji Universitetinin əyani doktoranturasına […]

27 mart tarixi “Elm günü” kimi qeyd olunur

Elm ictimai inkişafın nəticəsidir. Yarandığı gündən insanın fəaiyyəti ilə qırılmaz surətdə əlaqədar olmuşdur. Elm bir tərəfdən, daima insan fəaliyyətinin təsiri altında olmuş, digər tərəfdən isə həmin fəaliyyətə fəal təsir göstərmişdir. Elm dünyagörüşünün yaranıb inkişaf etməsinə hərtərəfli şərait yaratmışdır. Onun əsas vəzifəsi ictimai tələbatın ödənilməsidir. “Elm günü” kimi məhz 27 mart tarixinin seçilməsi heç də təsadüfi deyil. […]

“Karbohidrogenlərin çıxarılması və nəqlində innovativ həllər” mövzusunda BDU-nin Mexanika-Riyaziyyat fakültəsindəməruzə

AMEA-nın müxbir üzvü AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanikası”  şöbəsinin müdiri Qeylani Pənahov “Karbohidrogenlərin çıxarılması və nəqlində innovativ həllər” mövzusunda Bakı Dövlət Universitetinin «Mexanika-Riyaziyyat» fakültəsində elmi seminarında məruzə ilə çıxış etmişdir. Çıxışda karbohidrogenlərin axın və süzülmələrində yaranan çətinliklər, onların aradan qaldırılması məsələləri ilə əlaqədar tədqiqatlar, bu istiqamətlərdə effektivliyi artırmaq üçün yaradılan yeni […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər