Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dissertasiya şurasının növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitunun ED.104 dissertasiya şurasının 04 mart 2022-ci il tarixli (saat 13.00) iclasında Gəncə Dövlət Universitetinin riyazi analiz kafedrasının dosenti, f.-r. e. n. Sabir Qəhrəman oğlu Həsənovun “Kəsr-maksimal, kəsr-inteqral operatorların və onların kommutatorlarının Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu meyarları” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin […]

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü yer alıb. Bundan əlavə, “Şuşa ili” ilə bağlı Tədbirlər Planının təsdiq edilməsinə dair Nazirlər Kabinetinin sərəncamı, AMEA Rəyasət Heyəti adından 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın […]

Fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Vaqif Mirəhməd oğlu Mirsəlimov 81 yaşında vəfat etmişdir

O, yeganə azərbaycanlı alim idi ki, sağlığında NASA ilə işləməyə dəvət almışdı. Uzun illər Azərbaycan Texniki Universitetinin Mexanika kafedrasının müdiri vəzifəsində çalışmış Vaqif Mirsəlimov 500-dən çox elmi məqalənin müəllifi, bir sıra xarici nüfuzlu elmi jurnalların redaksiya heyətinin və beynəlxalq elmi konfransların təşkilat komitələrinin üzvü olub. O, nəzəri, tətbiqi və dağılma mexanikası sahəsində elmi məktəb yaradıb, […]

“Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin ənənəvi birgə seminarı keçirildi

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin ənənəvi birgə seminarı fəaliyyətini davam etdirib. 2 mart 2022-ci il tarixində növbəti seminar keçirildi. Seminarda professor Kamal Soltanov “Bəzi yeni tərpənməz nöqtə teoremləri” adlı məruzə ilə çıxış etdi. Məruzədə Koşinin bir klassik teoremindən istifadə edərək qeyri-xətti diferensial tənliklər nəzəriyyəsində çox istifadə olunan “iti […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Gündəlikdə duran  növbəti məsələ İnstitutun magistrantlarının attestasiyası ilə bağlı olub. Professor Misir Mərdanov çıxışında elm, təhsil və innovasiyaların inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib.  Dövlətimizin başçısının Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq […]

“Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Indefinit çəkili qeyri-xətti Şturm-Liuvill məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Indefinit çəkili qeyri-xətti Şturm-Liuvill məsələlərinin həllərinin qlobal bifurkasiyası”mövzusunda məruzə etdi. Məruzədə indefinit çəkili Şturm-Liuvill tənliyi  üçün xəttiləşən və xəttiləşməyən qeyri-xətti məxsusi qiymət məsələlərinə baxılacaq. Bu məsələlərin həllərinin sıfırdan və sonsuzluqdan budaqlanan […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər