Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların […]

Dosent Bağırov Şirmayıl «Bəzi yarım-xətti elliptik və parabolik tənliklərin sonsuz oblastda qlobal həllinin yoxluğu» mövzusunda məruzə edib

16.02.2022-ci il tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında dosent Bağırov Şirmayıl «Bəzi yarım-xətti elliptik və parabolik tənliklərin sonsuz oblastda qlobal həllinin yoxluğu» mövzusunda məruzə etmişdir. Məruzədə sonsuz oblastda ikinci və dördüncü tərtib elliptik, parabolik tənliklər və tənliklər sisteminin qlobal həllərinin yoxluğu məsələsi öyrənilir. Qlobal həllərin yoxluğunu təmin edən kafi şərtlər tapılır. Göstərilir ki, tapılan […]

Riyaziyyat və Mexanika İnstitutunun elmi katibi Tamilla Həsənovanı 70 yaşı münasibətilə təbrik edirik!

AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi katibi, f-r.e.n, dos.Tamilla Həsənovanın 70 yaşı tamam olur. Tamilla Xavərən qızı Həsənova 1976-cı ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1970-ci ildə Azərbaycan EA-nın aspirantura və kadrlar şöbəsində kargüzar vəzifəsində çalışmışdır. 1970-1972-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsinin metodist, 1972-ci ildən AEA Riyaziyyat və Mexnaika İnstitutunda laborant, böyük laborant, aspirantura şöbəsinin […]

11 Fevral Beynəlxalq Qadınlar və Qızların Elmdə İştirakı Günüdür

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə fevralın 11-i Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü elan edilib. Günün əsas hədəfi 2030-cü ilə qədər dayanıqlı inkişafa nail olmaq üçün sağlamlıq, iqlim dəyişikliyi istiqamətlərində fəaliyyət göstərən istedadlar yetişdirməkdir.  Bü günün əsas məqsədi  savadlı gənc alim xanımlarımızı yetişdirmək və onları […]

“Cəbr və riyazi məntiq” şöbəsinin müdiri f.-r.e.n., dosent Əli Əvəz oğlu Babayev Nəsirəddin Tusinin silloqistikası haqqında məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda f.-r.e.n., dosent Əli Əvəz oğlu Babayev Nəsirəddin Tusinin silloqistikası haqqında məruzə edib. Seminarda şöbənin əməkdaşları ilə yanaşı Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi Nazilə Sultanova da iştirak etmişdir. Məruzə Nəsirəddin Tusinin “Əsas ul-iqtibas” əsərində müqəddimələri kateqorik və modal təkliflərdən ibarət olan silloqizmlərə həsr edilmişdir. […]

Lütfi Zadənin qeyri-səlis məntiqi və fizikada qeyri-müəyyənliklər

Qeyri-səlis məntiq riyaziyyatın, azərbaycanlı riyaziyyatçı Lütfi Zadənin təklif etdiyi klassik məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin ümumiləşdirilməsinə əsaslanan bir qoludur. Klassik məntiqi məsələlərdə qiymətlər 1 və ya 0 olmalıdırsa, 1965-ci ildə Lütfi Zadə tərəfindən irəli sürülmüş qeyri-səlis məntiqə görə məsələlərdə qiymətlər [0;1] intervalında olur. İlk dəfə 1930-cu ildə çoxqiymətli məntiq sisteminin klassik məntiqdən fərqlənən variantını təklif […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər