19/04/2024
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prerzident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub” başlıqlı icmal təqdim edilib. Bügünkü sayda AMEA-da dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans, “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfrans, “Yaşıl artım və dayanıqlı […]
18/04/2024
Amerika Birləşmiş Ştatlarının Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) verdiyi xəbərə görə Yerdən təxminən 3000 işıq ilə məsafədə, Şimal Tacı bürcündə yerləşən T CrB ulduzu yaxın aylarda təkrar yeni ulduz kimi alışacaq. Elm və Təhsil nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, alimlərin hesablamasına əsasən T CrB yeni ulduz kimi alışdığı zaman onun parıltısı Yerdən […]
17/04/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu ED 1.04 dissertasiya şurasının 1211.01-Diferensial tənliklər ixtisasında elmi seminarının 16 aprel 2024-cü il tarixli iclasında Leyla Zakir qızı Buksayevanın “Kəsilən Dirak operatorunun məxsusi və qoşulmuş funksiyalar sisteminin spektral xassələri” mövzusunda 1211.01- Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir. İclasın sədri fizika-riyaziyyat […]
17/04/2024
Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika institutunun kollektivi görkəmli şəxsiyyət, böyük alim-pedaqoq, akademik Yusif Əmənzadənin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar. Öncə tədbir iştirakçıları alimin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Elmi sessiyada ETN Riyaziyyat və Mexanika institutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov çıxış edərək […]
16/04/2024
Aprelin 16-da Elm və təhsil naziri Emin Əmrullayev BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdulla ilə görüşüb. Görüş zamanı Elm və Təhsil Nazirliyi ilə UNICEF tərəfindən həyata keçirilən layihələr, həmçinin əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. edu.gov.az
16/04/2024
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilsin. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil […]