Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda 17 dekabr 2021-ci il tarixində saat 1600-da Bakı Dövlət Universitetinin dosenti Hümbət Kazım oğlu Musayevin “Abstrakt konvolution operator-diferensial tənliklərin maksimal requlyarlıq xassələri və tətbiqləri” mövzusunda 1211.01 – Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir. İclası “Diferensial tənliklər” ixtisası üzrə […]

“Elm” qəzetinin yeni sayı çap olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 46-cı nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Belçikada Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirakına dair məlumat yer alıb. Bundan əlavə, AMEA-nın elmi müəssisə və təşkilatlarında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı keçirilən tədbirlər, Akademiyada 2021-ci ildə əldə edilən mühüm nəticələr, […]

Elmi seminarın növbəti iclası keçirildi

17 dekabr 2021-ci il tarixdə saat 14.00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası ( qismən əyani, eyni zamanda distant şəkildə) keçirilmişdir. İclasda Sabir Qəhrəman oğlu Həsənovun ” Kəsr-maksimal, kəsr-inteqral operatorların və onların kommutatorlarının Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu meyarları” […]

“Cəbr və riyazi məntiq” şöbəsinin müdiri f.-r.e.n, dosent Əli Əvəz oğlu Babayevin Nəsirəddin Tusinin “Tozlu lövhənin köməyi ilə hesab toplusu” əsəri haqqında məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda f.-r.e.n, dosent Əli Əvəz oğlu Babayevin Nəsirəddin Tusinin “Tozlu lövhənin köməyi ilə hesab toplusu” əsəri haqqında məruzə edib. Məruzə Nəsirəddin Tusinin “Tozlu lövhənin köməyi ilə hesab toplusu”  əsərində hesab elminə gətirdiyi yeniklərə həsr edilmişdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Fizika-riyaziyyat elmləri doktoru Rəsulova Nazilə “Müstəvi elastodinamika məsələlərinin yeni bircins həllər sinfi” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda f-r.e.d. Rəsulova Nazilə “Müstəvi elastodinamika məsələlərinin yeni bircins həllər sinfi” mövzusunda məruzə etdi. İş bir çox elastodinamika məsələlərinin həll edilməsində müstəsna rol oynayan yeni növ bir ölçülü bircins həllər sinfinin tapılmasına həsr olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.d., professor Ələddin Xalıqverdi oğlu Şəmilov “Entropiyanın optimallaşdırılmasının ümumiləşmiş metodları və onların tətbiqləri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.d., professor Ələddin Xalıqverdi oğlu Şəmilov “Entropiyanın optimallaşdırılmasının ümumiləşmiş metodları və onların tətbiqləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə entropiyanın optimallaşdırılmasının ümumiləşdirilmiş metodları və onların tətbiqləri təklif olunur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər