24/11/2021
Azərbaycan Milli Elmlər Akademiyasının İnstitut və təşkilatlarının beynəlxalq əməkdaşlıq təcrübəsində, elmi-texniki tədqiqatların qarşılıqlı koordinasiyası, birgə elmi-tədqiqat işləri, elmi-informasiya, elmi dövri nəşrlərin və materialların mübadiləsi, mütəxəssislərin qarşılıqlı elmi ezamiyyətləri, innovasiya texnologiyalarının mübadiləsi, beynəlxalq və regional təşkilatların elmi-texniki proqramlara yardımı xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan “Cəbr və Məntiq” şöbəsinin baş elmi işçisi prof. Ramiz Aslanovun beynəlxalq […]
23/11/2021
Böyük texnoloji şirkətlərin və alimlərin əksəriyyəti insan beyninin iş prinsipini imitasiya etməyi bacaran neyromorf elektronik cihazların yaradılması üzərində çalışır. Bəziləri insan beynini çiplə təchiz edir ki, koqnitiv bacarıqlarını itirmiş pasientə onları geri qaytarsınlar və pasienti əlavə bacarıqlarla təchiz etsinlər. Samsung şirkətinin və Harvard Universitetinin alimləri tərəfindən təklif olunmuş yeni texnologiyanın əsasında neyron bağlantılarının yerlərini və güclərini təyin edən nanoelektron massiv dayanır. Mütəxəssislər əmindirlər ki, […]
23/11/2021
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclasda institutun «Riyazi analiz» şöbəsinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında illik hesabatları dinlənilib. Sonda gündəlikdə duran cari məsələlər müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
23/11/2021
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ölkəmizdə gedən vaksinasiya prosesində fəal iştirak edirlər. Belə ki, Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədovun imzası ilə daxil olmuş 11/829 nömrəli məktubun icrası ilə əlaqədər COVİD-19 infeksiyasına qarşı 2021–ci ilin 23 noyabr tarixində Həmkarlar komitəsinin sədri, dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə Kliniki Tibbi Mərkəzdə (Semaşko) əməkdaşların vaksinasiyası həyata keçirilib. © Bütün hüquqlar […]
22/11/2021
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclasda institutun “Maye və qaz mexanikası” və “Deformasiya olunan bərk cism mexanikası” şöbələrinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında illik hesabatları dinlənilib. Sonda gündəlikdə duran cari məsələlər müzakirə edilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
19/11/2021
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 40-cı nömrəsi işıq üzü görüb. “Qarabağ Azərbaycandır!” şüarı ilə nəşr olunan qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə iştirakına dair məqalə yer alıb. Bundan əlavə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Mərkəzi Nəbatat Bağında aparılan abadlıq-quruculuq işlərinin cari vəziyyəti ilə tanışlığı, Akademiyada Yeni […]