Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

F.-r.e.d., prof. Elxan Məcid oğlu Abbasov “Istilik keçirməni nəzərə almaqla lay-quyu sistemində qazın hərəkəti” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin müdiri, f.-r.e.d., prof. Elxan Məcid oğlu Abbasov “Istilik keçirməni nəzərə almaqla lay-quyu sistemində qazın hərəkəti” mövzusunda məruzə edib. Məruzədə borudakı qaz axını ilə mühit arasındakı istilik mübadiləsi prosesi nəzərə alınmaqla, lay-quyu sistemində qeyri-stasionar qaz hərəkətinin modeli qurulur və sərhəd məsələlərinin həlli verilir. Birinci […]

Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmazdır

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.  Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. […]

AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Elmi tədqiqat işlərimizi uğurla davam etdirməklə Abel mükafatı kimi nüfuzlu mükafatlara namizəd ola bilərik”

3 oktyabr 2021-ci il tarixində Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun anadan olmasının 75 ili tamam olub. AMEA-nın müxbir üzvü Misir Mərdanov bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” […]

AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Bilal Telman oğlu Bilalov “Qeyri-standart fəzalarda Laplas və Puasson tənlikləri üçün Dirixle məsələsinin müxtəlif qoyuluşları haqqında” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Bilal Telman oğlu Bilalov “Qeyri-standart fəzalarda Laplas və Puasson tənlikləri üçün Dirixle məsələsinin  müxtəlif qoyuluşları haqqında” mövzusunda məruzə edib. Məruzədə qeyri-standart adlanan (dəyişən dərəcəli Lebeq, Morri, qrənd-Lebeq, Marçinkeviç və s.) fəzaların doğurduğu Sobolev fəzalarında Laplas və Puasson tənlikləri üçün […]

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda  11 oktyabr 2021-ci il tarixində saat 1200 -da Bakı Dövlət Universitetinin qiyabi doktorantı Sarvan Təhməz oğlu Hüseynovun “İkinci tərtib cırlaşan elliptik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələri” mövzusunda  1211.01 – Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir. İclası “Diferensial […]

AMEA prezidenti akademik Ramiz Mehdiyev müxbir üzv Misir Mərdanovu 75 illik yubileyi münasibətilə Akademiyanın Fəxri fərmanı ilə təltif edib

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə AMEA-nın müxbir üzvü Misir Mərdanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, müxbir üzv Misir Mərdanovla görüşüb, […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər