Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın müxbir üzvü Misir Mərdanovu 75 illik yubileyi münasibətilə təbrik edirik!

AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun 75 yaşı tamam olur. Mərdanov Misir Cumayıl oğlu 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olmuşdur. 1964-cü ildə orta məktəbi bitirib, həmin il Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuş, 1969-cu ildə Universitetin Mexanika-riyaziyyat […]

M.C.Mərdanovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Misir Cumail oğlu Mərdanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 2 oktyabr 2021-ci il Mənbə: http://president.az © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

“Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə yeni sayı çap olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 33-cü nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciəti yer alıb. Nəşrin növbəti səhifələrində AMEA prezidenti, akademik Ramiz Mehdiyevin 27 sentyabr – Anım Günü ilə bağlı Akademiya kollektivinə müraciəti, AMEA nümayəndələrinin Minskdə beynəlxalq elmi-praktik […]

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Oktyabrın 1-də Azərbaycan Milli  Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər – İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Tofiq Nağıyev, Arif Həşimov, Cəmil Əliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, İsmayıl Hacıyev, Fuad Əliyev, eləcə də Rəyasət Heyətinin aparat rəhbəri, filologiya […]

Frteb-in ümumi yığıncağı akademik Məhəmməd Mehdiyevin 80 illik yubileyinin keçirilməsi barədə qərar qəbul edib

Oktyabrın 2-də tanınmış alim, Əməkdar elm xadimi,  Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın (AMEA) həqiqi üzvü Məhəmməd Mehdiyevin 80 yaşı tamam olur. Bu barədə AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Yusif Məmmədov diqqətə çatdırıb ki, Məhəmməd Fərman oğlu Mehdiyev 1941-ci ildə Laçın rayonunun Təzə­kənd kəndində anadan olub. […]

Elmi seminarın növbəti iclası keçirildi

01 oktyabr 2021-ci il AMEA  Riyaziyyat və Mexanika İnstitutunun dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Samirə Oqtay qızı Rüstəmovanın “Yarımxətti hiperbolik tənliklərdən ibarət sistem üçün bircins və qeyri-bircins sərhəd şərtli qarışıq məsələnin qlobal həllərinin varlığı və yoxluğu” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər