Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Ana dilim, səndədir xalqın əqli, hikməti, Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. Ürəklərə yol açan Füzulinin sənəti, Ey dilim, qüdrətinlə dünyalara yol açmış. (Bəxtiyar Vahabzadə) Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Azərbaycan dili də özünəməxsus […]

“Qarabağ: Zəfərə gedən yol” mövzusunda XVII beynəlxalq elmi konfrans təşkil ediləcək

Avqustun 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, “Elger” Beynəlxalq Elm Mərkəzi, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Bakı Dövlət Universiteti (BDU), Naxçıvan Müəllimlər İnstitutu və BDU-nun Qazax filialının təşkilatçılığı, İsveçin Qotenburq Universiteti ilə birgə “Qarabağ: Zəfərə gedən yol” mövzusunda onlayn XVII beynəlxalq elmi konfrans keçiriləcək. Konfrans elmin bütün sahələrini əhatə edir. Tədbirə tezis […]

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı nəşr edilib. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Türkiyə Böyük Millət Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü, “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 569 nömrəli Sərəncamında dəyişiklik […]

“1920-ci ilədək ali təhsil almış azərbaycanlılar” haqqında nəşr olunmuş kitab

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadənin həmmüəllifi olduğu “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” ensiklopedik soraq kitabının 5-ci cildi işıq üzü görüb. “Təhsil” nəşriyyatında çap olunan kitab 616 səhifədən ibarətdir. Kitabın elmi redaktoru AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, professor Yaqub Mahmudovdur. […]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağı qarşıda duran aktual məsələləri müzakirə edib

27 iyul 2021-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib. Tədbirdə FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəs­si­sələrin baş direktorları və icraçı direktorları, direktor müa­vin­lə­ri, el­mi katibləri, icti­maiy­yət­lə əlaqələr şö­bə­lə­ri­nin rəh­bər­lə­ri, eyni zamanda respublikanın bir sıra nazirliklərinin nəzdində fəaliyyət göstərən elmi müəssisə […]

Riyaziyyatçı alimlərin məqaləsi impakt faktorlu jurnalda dərc olunub

Bu günlərdə Birləşmiş Krallıqda çap olunan, Clarivate Analytics bazasının Q1 kvartilinə daxil olan, impakt faktoru 1.474 olan “Quaestiones Mathematicae” jurnalında AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, riyaziyyat üzrə elmlər doktoru Yusif Qasımov, professor Yaqub Şərifovun “Existence and uniqueness of the solutions of the nonlinear impulse differential equations with nonlocal boundary conditions”  adlı məqaləsi çap olunmuşdur. […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər