Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Barmaq izlərinin səs vasitəsilə oğurlanması üsulu yaradılıb

Amerikalı və çinli alimlər insanın barmaq izini təşkil edən papilyar xətlərin təsvirlərini səs analizi vasitəsilə bərpa edə bilən yeni üsulu hazırlayıblar. Hazırlanmış yeni üsul PrintListener adlanır və o, bu prosesi istifadəçi barmağının sensorlu ekran üzərində sürüşməsi zamanı yaranan səsin analizi hesabına reallaşdırır. Sistemlərin barmaq izi vasitəsilə qorunması texnologiyası günümüzdə geniş yayılıb və o, etibarlı təhlükəsizlik üsullarından […]

21 Fevral – Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib” başlıqlı yazı və Prezident İlham Əliyevin akademik Arif Paşayevə 90 illik yubileyi münasibətilə ünvanladığı təbrik yer alıb. Qəzetin bügünkü sayında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin müəllifi olduğu “Dəmir yumruq”lu və Zəfər bayraqlı lider” adlı məqalə, […]

Tədqiqat: Yerin ən dərin nöqtəsində yeni kəşf

Bəşəriyyətin təbiətə vurduğu dağıntılar günü-gündən artır. Meşələr, okeanlar və asılı olduğumuz bütün yaşayış yerləri bu dağıntıdan əziyyət çəkir. Bunu nəzərə alaraq alimlər Yerin ən dərin nöqtəsində maraqlı bir tədqiqat aparıblar. Tədqiqatçılar Sakit okeanın qərbində yerləşən və “dünya okeanlarının məlum ən dərin nöqtəsi” hesab edilən Mariana çökəkliyində bir kəşfə imza atıblar. Onların apardığı tədqiqat zamanı tapılan […]

Hərbi simulyasiyalarda süni zəka nüvə silahından istifadəyə üstünlük verib

ABŞ-ın bir neçə universitetinin mütəxəssisləri hərbi əməliyyatlar ilə bağlı simulyasiyalarda müxtəlif süni zəka modellərini test ediblər. Məlum olub ki, aparılmış testlərin nəticələri heç də ürəkaçan deyil. Belə ki, aparılmış hərbi əməliyyat simulyasiyalarında süni zəka hərbi konfliktlərin gözlənilməz kəskinləşməsinə doğru irəliləmə tendensiyasını və hətta nüvə silahının tətbiqini sərgiləyib. Məlumatda qeyd edilib ki, hərbi əməliyyat simulyasiyalarında OpenAI şirkətinin […]

Riyaziyyat və Mexanika İnstitututnda növbəti Ümuminstitut seminarı keçirildi

14 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut riyaziyyat elmləri doktoru, professor Araz Əliyev “İki sinif dörttərtibli opeator diferensial tənliklərin hamar həlləri haqqında” mövzusu ilə  məruzə etdi. Məruzədə bütün oxda baş hissəsi təkrarlanan xarakteristikaya malik iki sinif dördtərtibli operator-diferensial tənliklər öyrənilir. Bu tənliklər […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər