Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “İlham Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq seçkilərin qalibi olub” xəbəri yer alıb. Nəşrin ikinci səhifəsində “Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər” başlıqlı xəbər, eləcə də AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin, AMEA-nın vitse-prezidentləri akademik Rasim Əliquliyev […]

Avropa Birliyi dövlətləri süni zəkanın tənzimlənməsi qanununu təsdiqləyiblər

Avropa Birliyinə daxil olan 28 ölkədən 27-nin nümayəndələri süni zəka texnologiyalarının tənzimlənməsinə hədəflənmiş qanun layihəsinin final versiyasını təsdiqləyiblər. Sözügedən qanun layihəsinin final versiyasının təsdiqlənməsinə dair səsvermə Avropa Şurasının Daimi Nümayəndələr Komitəsi çərçivəsində keçirilib. Avropa Komissiyası AI Act adlı qanun layihəsini 2021-ci ildən hazırlayır. Bu qanun layihəsi süni zəka texnologiyalarının vətəndaşların sosial reytinqlərində istifadələrini qadağan edir və […]

İlham Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq seçkilərin qalibi olub

Fevralın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib. AzərTac xəbər verir ki, M.Pənahov 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsinin 6102-dən (93,35 faiz) nəticələrin MSK-ya daxil olduğunu bildirib. Qeyd edib ki, həmin protokollar üzrə etibarlı hesab edilmiş səslərin sayı 4 milyon 651 min 473-ə […]

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir

Fevralın 7-də səhər saat 8:00-da ölkəmizin bütün suveren ərazisində Azərbaycan Respublikası Prezidentinin seçkiləri başlayıb. Prezident postu uğrunda 7 namizəd mübarizə aparır. Səsvermə 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 6319-u daimi, 218-i isə Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Xəzər dənizində və dünya sularında […]

Elmi tədqiqatçılar üçün silsilə vebinarlar keçiriləcək

Elmi tədqiqatçılar üçün “Web of Science” (WoS) elmmetrik istinad və xülasə bazasından effektiv istifadəyə dair silsilə vebinarlar keçiriləcək. Bu barədə  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Vebinarlar “Web of Science”da tədqiqatçının şəxsi kabinet və profili”, “Web of Science” Grants Index – daha məqsədyönlü qrant təklifləri necə hazırlamalı”, “EndNote” tətbiqi ilə elmi tədqiqatda […]

Çin dünyanın süni intellektə malik ilk kommersiya peykini orbitə çıxarıb

Çin dünyanın ilk süni intellektli kommersiya peykini orbitə çıxarıb. Peyk “Smart Dragon-3” (SD-3) daşıyıcı raketi vasitəsilə Çinin cənubundakı Quanqdonq əyalətinin Yantszyan şəhəri yaxınlığında sudan buraxılıb. Aparat orbitdə “Synaesthesia Fusion AI” alqoritmi ilə işləyəcək. Bundan əlavə, peyk “gələcək nəsil rabitə şəbəkələri üçün uzaqdan inteqrasiya edilmiş platforma” imkanlarına malikdir. aqreqator.az

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər